Zukerberqin 1 milyard dollarlıq təklifini RƏDD ETDİLƏR

Zukerberqin 1 milyard dollarlıq təklifini RƏDD ETDİLƏR

Süni intellekt sahəsində fəaliyyət göstərən bir tədqiqatçı “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin 1 milyard dollarlıq əmək müqaviləsi təklifini qəbul etməyib.

 

Sfera.az “Telegraph”a istinadən xəbər verir ki, Kaliforniyada yerləşən “Thinking Machines” adlı süni intellekt startapının bir neçə əməkdaşına “Meta” tərəfindən yüz milyonlarla dollar dəyərində təkliflər göndərilib.

 

Bu təkliflər bir neçə il ərzində 1 milyard dollara qədər yüksələ bilərdi. Digər təkliflər isə 200–500 milyon dollar arasında dəyişirdi və ilk il üçün 50–100 milyon dollar dəyərində bonus da nəzərdə tutulurdu. Buna baxmayaraq, “Thinking Machines” əməkdaşlarından heç biri “Meta” ilə əməkdaşlıq etməyə razılıq verməyib. Şirkət ötən ay məhsulu belə olmayan bir mərhələdə 12 milyard dollar dəyərində qiymətləndirilib və 2 milyard dollar investisiya cəlb edib.

 

“Meta” şirkətinin sözçüsü yayılan məlumatların bəzilərini təkzib etsə də, “Thinking Machines” əməkdaşlarına bir neçə təklifin edildiyini təsdiqləyib.


OXŞAR XƏBƏRLƏR

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...

Əhmədovun 500 milyonluq yaxtasına həbs qoyulub? - Şok faktlar

Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istin...

Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəql...

Əyləncə parkında attraksion yerə çırpıldı: Yaralılar var

Səudiyyə Ərəbistanının Taif şəhərindəki əyləncə parkında attraksion qırılaraq yerə çırpılıb.   Sfera.az yerli mətbuata istinadla xəbər verir ki, hadi...

Laos Prezidenti Putinə bir cüt fil HƏDİYYƏ ETDİ - VİDEO

  Laos Prezidenti Thongloun Sisoulith Rusiya ilə diplomatik əlaqələrin qurulmasının 65-ci ildönümü münasibətilə prezidenti Vladimir Putinə bir cüt fil h...