Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ - Qonşu ölkədə...


Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ - Qonşu ölkədə...

Rusiyada pensiya ödənişlərinin müvəqqəti və ya tamamilə dayandırılması hallarına dair yeni xəbərdarlıq edilib.

 

Qaydalara əsasən, bu, 400-FZ saylı Qanunun 24-cü maddəsində göstərilən səbəblər əsasında həyata keçirilə bilər.

 

Əsas səbəblər arasında altı ay ərzində poçt vasitəsilə pensiyanın alınmaması, əlillik statusunun vaxtında yenilənməməsi, ailə başçısını itirmiş şəxslərin təhsil sənədlərini təqdim etməməsi və yaşayış icazəsinin müddətinin başa çatması yer alır.

 

Bundan əlavə, ünvan dəyişikliyi barədə Sosial Fonda əvvəlcədən məlumat verilmədikdə və ya daimi yaşayış üçün xaricə köçən şəxslər müvafiq sənədləri təqdim etmədikdə də ödənişlər dayandırıla bilər.

 

Rusiya Sosial Fondu vətəndaşlara müraciət edərək qeyd olunan hallarda sənədləri vaxtında təqdim etməyi və şəxsi məlumatları yeniləməyi tövsiyə edir. Əks halda pensiya ödənişləri altı ay müddətinə və ya qeyri-müəyyən vaxta qədər dayandırıla bilər./News24.az 


OXŞAR XƏBƏRLƏR

Dünyanın “ən yaşlı körpəsi” 31 yaşında doğuldu - FOTO

ABŞ-nin Ohayo ştatında qeydə alınan doğuş tibb dünyasında maraqla qarşılanıb. 31 il əvvəl – 1994-cü ildə dondurulmuş embriondan dünyaya gələn Taddeus Dani...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Mərmərə dənizi sahillərində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD...

İdmançımız AÇ-də 2 medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində U 15 və yeniyetmələrin Avropa birinciliyi keçirilir.    Sfera.az xəbər verir ki, son yarış günü  atle...

Evlənmək istəyənlər üçün yeni tələb: Əlavə sənədlər lazımdır

Azərbaycanda nikahın qeydə alınması üçün yeni sənədlər tələb olunur.   Sfera.az xəbər verir ki, qanunla müəyyən olunmuş qaydada qohum evliliklər...

“Paracetamol” tərkibli 2 dərman vasitəsi qüsurlu çıxdı - Geri çağırıldı

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.   Bu barədə Sfera.az-a Mərk...

Zukerberq “şəxsi super zəka” yaradacaq: Süni intelekt strategiyası dəyişir

"Meta" şirkətinin Baş direktoru Mark Zukerberq süni intellekt sahəsində yeni strategiyasını açıqlayıb. “Şəxsi super zəka” adlanan bu yanaş...