Almaniyada qatar relsdən çıxdı: Ölən yaralananlar var

Almaniyada qatar relsdən çıxdı: Ölən və yaralananlar var

Almaniyanın Baden-Vürtemberq şəhərində dəhşətli dəmir yolu qəzası baş verib. Səyahət zamanı azı 100 nəfərin olduğu sərnişin qatarı relsdən çıxıb. 

 

Sfera.az bildirir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

 

Ölənlər arasında lokomotiv maşinisti və başqa bir dəmiryolçu da var. Fəlakətin səbəbinin pis hava şəraiti, güclü yağış olduğu güman edilir. 

 

Almaniya Meteorologiya Xidmətinin mütəxəssislərinin verdiyi məlumata görə, qəzadan əvvəl bölgədə güclü leysan yağıb. Qısa müddət ərzində bəzi ərazilərdə hər kvadratmetrə 30-40 litr yağış düşüb.

 

Yağan leysanın torpaq sürüşməsinə səbəb olduğu, bunun da qəzaya səbəb olduğu güman edilir.

 

Hadisə yerindən çəkilən fotolar da sürüşmənin baş verdiyini göstərir.

 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Onlarla insanın ölümü və yaralanması ilə nəticələnən qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir. Xilasedici itlər qatarın dağıntıları altında qalan insanların axtarışına kömək edir.

 

“Deutsche Bahn” qatar qəzasından zərər çəkənlər və onların ailələri üçün pulsuz qaynar xətt yaradıb.

 

Qeyd edək ki, qatar Siqmaringen və Ulm arasında təxminən 90 km (55 mil) marşrut üzrə hərəkət edib. Bəzi vaqonlar bütöv olsa da, bir-birinə çırpılaraq aşıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR