İndoneziyada 6-cı vulkan aktivləşib - FOTO

İndoneziyada Flores adasında Levotobi vulkanı püskürüb.
Sfera.az bildirir ki, vulkan püskürməsi nəticəsində Bali adalarına onlarla reys təxirə salınıb. Həftənin əvvəlindən ölkənin müxtəlif bölgələrində artıq beş vulkan püskürüb.
Ölkənin şərqində vulkanın püskürməsi havaya hkül sütunu göndərib. nəhəng kül buludlarının göndərilməsinə səbəb olub. Təxirə salınan reyslər arasında Avstraliya, Hindistan və Sinqapurdan olan uçuşlar da var.
İndoneziyanın geoloji agentliyinin verdiyi məlumata görə, Şərqi Nusa Tengqara əyalətindəki Lewotobi Laki Laki vulkanı çərşənbə axşamı axşam saatlarında püskürərək səmaya 11 km (6,8 mil) kül sütunu göndərib.
Xəbərdarlıq səviyyəsi dörd səviyyənin ən yüksək səviyyəsinə qaldırılıb və çərşənbə günü səhər başqa bir püskürmə səmaya kiçik bir kül buludu göndərib.
İtkilər barədə məlumat verilmir. Lakin yerli hakimiyyət ehtiyat tədbiri olaraq vulkanın yaxınlığındakı bir neçə kəndi boşaldıb.
İndoneziyanın Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB) çərşənbə günü səhər saatlarında yeraltı təkanlar və püskürmələrin hələ də qeydə alındığını bildirib. Geoloji qurum sakinlərə və turistlərə vulkanın kraterindən 7 km məsafədə fəaliyyətlərdən çəkinmək barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Sakit Okeanın "Od halqası"nda yerləşməsi ilə İndoneziya seysmik və vulkanik fəaliyyətə meyllidir. Ötən ilin noyabrında Levotobi Laki Laki vulkanının püskürməsindən sonra 9 nəfər həlak olmuş, minlərlə insan təxliyə edilmişdi.
Yaponiya Meteorologiya Agentliyi İndoneziyada böyük vulkan püskürməsindən sonra Yaponiya sahillərində sunaminin baş vermə ehtimalının az olduğunu bildirib. Lakin xüsusilə ərazidəki digər böyük vulkanlar da aktivləşdiyi üçün böyük püskürmə gözlənilir.
İyunun 18-də Şərqi Yavada Semeru vulkanı püskürmüş, eyni ərazidə Raunq vulkanının püskürməsindən bir gün əvvəl Dukono və Maluku vulkanları da kül püskürmüş, Şərqi Nusa Tengqarada yerləşən İli-Levotolok vulkanına iyunun 16-da baş verən püskürmədən sonra II səviyyə statusu verilmişdir.
Aysel