Hakan Fidan: "Bir yol sülhdür, digəri..."

Hakan Fidan: "Bir yol sülhdür, digəri..."

İstanbulda Ukrayna, Rusiya və Türkiyə tərəfləri Ukrayna münaqişəsinin həlli üçün perspektiv addımları müəyyən edəcək və bu danışıqlar Rusiya və Ukrayna prezidentlərinin gələcək görüşünü müəyyən edə bilər.

 

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. O, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalının iştirakı ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların əvvəlində deyib.

 

"Biz növbəti addımları Ukrayna və Rusiya ilə birlikdə müəyyən edəcəyik. Bu görüş ölkələrin liderləri arasında gələcək görüşünü müəyyənləşdirəcək ", - nazir bildirib.

 

"Bu danışıqların mümkün sülhə gətirib çıxaracağına inanırıq. Türkiyə hər zaman sülhməramlı prosesə yaxın olacaq", - o əlavə edib.

 

Fidanın sözlərinə görə, hazırda iki yol var: "Bir yol sülhdür. Digəri daha böyük dağıntılara səbəb olacaq".

 

Nazir həmçinin qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinə son qoymaq üçün səylər göstərir.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...