Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak oldu

Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak oldu
Kateqoriya məlum deyil
T

Mərakeşdə Krallıq Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Maghreb Arab Press (MAP) agentliyi məlumat yayıb.

 

Qəza nəticəsində HHQ-nin polkovniki və təlim keçən daha bir zabit həlak olub.

 

Bildirilir ki, DA-42 təlim təyyarəsi Ben-Sliman hərbi hava bazasında havaya qalxandan dərhal sonra qəzaya uğrayıb.

 

Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komitəsi yaradılıb.

PAYLAŞ