İt, tısbağa və ilbizə xeyir-dua verildi - MARAQLI ADDIM

İt, tısbağa və ilbizə xeyir-dua verildi - MARAQLI ADDIM
Kateqoriya məlum deyil
T

Dünyanın müxtəlif ölkələrində katoliklər heyvanların himayədarı hesab olunan Assizli Müqəddəs Fransiskin bayramını qeyd ediblər.

Sfera.az xəbər verir ki, Filippinin Manila şəhəri və Çilinin Santyaqo şəhərində insanlar ev heyvanlarını kilsələrə apararaq onların üzərinə müqəddəs su səpdiriblər. Manilada itlər sahibləri ilə birlikdə kilsənin skamyalarında oturub. Kahinlər heyvanların hər birinə dua edərək müqəddəs su səpiblər. Sahiblərdən biri mərasimin heyvanlara təşəkkür etmək və onların ailənin bir parçası olduğunu göstərmək üçün fürsət yaratdığını bildirib.

Malate kilsəsində it və pişiklər üçün pulsuz peyvənd xidməti də təşkil olunub. Santyaqoda isə mərasimə əlil bir it əlil arabasında gətirilib. Bundan başqa, bir tısbağa akvariumda olduğu halda müqəddəs su ilə xeyir-dua alıb. Hətta evdə saxlanılan ilbiz də mərasimdə iştirak edib. Katoliklər heyvanların və təbiətin himayədarı hesab olunan Assizli Müqəddəs Fransiskin gününü hər il 4 oktyabrda qeyd edirlər.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR