Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi

Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
Kateqoriya məlum deyil
T

Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Levitt noyabrın 1-dən etibarən ABŞ-nin "Fox News" telekanalına şərhçi kimi qoşulacaq.

Sfera.az xəbər verir ki, bu barədə "FOX News Media"nın baş direktoru Süzan Skott bildirib.

"Kerolayn müasir siyasi şəraiti mükəmməl anlayır. Biz onun "FOX News Media"nın bütün platformalarında auditoriyamıza dürüst və kəskin analitik materiallar təqdim edəcəyini səbirsizliklə gözləyirik", - deyə Skott qeyd edib.

Levitt isə öz növbəsində Ağ Evin mətbuat katibi kimi qazandığı təcrübəyə, enerjiyə və səmimiyyətə əsaslanan unikal baxışını "Fox"un milyonlarla izləyicisi ilə bölüşmək imkanını səbirsizliklə gözlədiyini bildirib.

29 yaşlı Levitt Donald Trampın ikinci prezidentlik müddəti dövründə 2025-ci ilin yanvarından 2026-cı ilin avqustuna qədər Ağ Evin mətbuat katibi vəzifəsini tutub və bu postu tutan ABŞ tarixinin ən gənc şəxsi olub.

O, Trampın seçki kampaniyasına qoşulmazdan əvvəl isə "MAGA Inc."in mətbuat katibi kimi fəaliyyət göstərib./oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR