Ərdoğan Putinə hədiyyə göndərdi

Ərdoğan Putinə hədiyyə göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə hədiyyə göndərib. 

 

Sfera.az “RBK” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov açıqlayıb. 

 

“Türkiyə prezidenti dünənki telefon danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib”, - deyə Uşakov qeyd edib. 

 

O, hədiyyənin məhz nədən ibarət olduğunu deməsə də, Ərdoğanın Putinə “yaxşı türk hədiyyəsi” göndərdiyini vurğulayıb. 

 

Bununla yanaşı, hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən 3000 rubl çərçivəsində olub-olmamasına dair suala cavab verən Uşakov hədiyyənin dəyərinin bundan bir qədər çox olduğunu bildirib.

 

Xatırladaq ki, oktyabrın 7-də Putinin 72 yaşı tamam olub. Dünən tərəflər arasında baş tutan telefon danışığı zamanı Ərdoğan rusiyalı həmkarının ad gününü təbrik edib.


OXŞAR XƏBƏRLƏR

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva...

Rusiya hərbçiləri Ermənistanı tərk edəcəklər

Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən Ermənistanın İranla sərhədinin mühafizəsini dayandıracaq.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan...

2 yaşlı Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı

2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon p...

Prezident MDB liderlərinin geniş tərkibdə iclasında

Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə ...

Lavrov Rusiyanın müharibəni bitirmək müqabilində tələbini açıqladı

"Rusiya Ukraynada müharibəni bitirməyə hazırdır, əvəzində ölkəyə tətbiq edilən bütün sanksiyaların ləğv edilməsini istəyir".   Sfera.az-ın ...

COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ek...