"Sizi ilahi güc də qoruya bilməz" - Kim Çen In TƏHDİD ETDİ

"Sizi ilahi güc də qoruya bilməz" - Kim Çen In TƏHDİD ETDİ

Şimali Koreya lideri Kim Çen In düşmənlərinə növbəti dəfə meydan oxuyub.

 

Sfera.az bildirir ki, o, öz adını daşıyan Milli Müdafiə Universitetinin 60 illik yubiley mərasimində bununla bağlı çıxış edib.  Kim Çen In bildirib ki, Koreya yarımadası və ətrafında təhlükəsizlik mühiti getdikcə çətinləşir.

 

Cənubi Koreya-ABŞ ittifaqının tamamilə nüvə ittifaqına çevrildiyini vurğulayan In fikirlərini bu cür davam etdirib: “Biz dünyanın ən böyük nüvə gücü və onu manipulyasiya etməyə çalışan ən məkrli “kuklalarla” üz-üzəyik. Lakin ölkəmizə hücum edilərsə, bütün hərbi gücümüzü tərəddüd etmədən istifadə edəcəyik. Eyni zamanda nüvə silahından istifadə variantı nəzərimizdə olacaq”.

 

Kim Çen In həmçinin keçən həftə “Şimali Koreya rejiminə son qoymaq” haqqında danışan Cənubi Koreya prezidenti Yoon Suk Yeol-u da tənqid edib:

 

“Ağıllı siyasətçi ölkəsi və xalqının vəziyyəti təhlükə altında olarkən ehtiyatsız davranaraq nüvə dövləti ilə üzləşmək istəməz. Əvəzində hərbi münaqişənin yaranmasının qarşısını almaq üçün vəziyyəti idarə etməyə çalışar”.

 

Mümkün nüvə müharibəsi ehtimalına işarə edən Şimali Koreya lideri, “Bir daha vurğulayıram ki, belə bir vəziyyətdə sağ qalmaq ümidi əbəsdir. Cənubi Koreyanı nə şans, nə də ilahi güc qoruya bilər” deyib.

 

Son olaraq, ölkəsinin Cənubi Koreyaya hücum etmək niyyətinin olmadığını təkrarlayan In müdafiə silahlarının inkişaf etdirilməsi fəaliyyətlərini davam etdirəcəklərini də vurğulayıb. O, bu çərçivədə ölkəsinin nüvə potensialının qeyri-müəyyən müddətə artırılmalı olduğunu deyib.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ek...

"Yaxın Şərqdə baş verənlərdə Qərb dövlətlərinin də əli var" - Ərdoğan

Yaxın Şərqdə baş verənlərdə Qərb dövlətlərinin də əli var.   Sfera.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. &n...

"Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq" - Putin

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.   Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Mo...

Onlar müsbət auraları ilə motivasiya edə bilirlər - Ən pozitiv BÜRCLƏR

Bəzi bürclərin nümayəndələri digər insanlara nisbətən çox pozitivdirlər. Onlar təkcə ətrafa təbəssüm saçmır, həm də müsbət auraları, düşüncələri ilə digərlərinə...

“Əjdaha” lotereyasının yeni qaliblərinə hədiyyələr təqdim olundu - FOTO

“Unibank”ın “Əjdaha” lotereyasının ikinci tirajının qaliblərinə hədiyyələr təqdim olunub.  Tirajın əsas hədiyyələri olan 2 ədəd Toy...

Murat Boz məşhur aktyora təşəkkür etdi - FOTO

Türkiyənin pop ulduzu Murat Boz “La Casa De Papel”in Berlini Pedro Alonso ilə bir araya gəlib.   Sfera.az xəbər verir ki, bu barədə Murat...