“Google Play” inhisarçıdır - Məhkəmə qərarını AÇIQLADI

“Google Play” inhisarçıdır - Məhkəmə qərarını AÇIQLADI

ABŞ məhkəməsi “Google Play”i inhisarçı kimi tanıyıb və “Android” əməliyyat sistemində digər elektron mağazalara da fəaliyyət üçün imkan yaradılması haqqında qərar qəbul edib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı qərarı San-Fransiskoda federal hakim Ceyms Donato verib.

 

Qeyd edək ki, “Google”nin sahibi olan “Alphabet” həm də “Android” əməliyyat sisteminin sahibidir. Smartfon telefonların əksəriyyətində istifadə edilən “Android” əməliyyat sistemində tətbiqləri, oyunları yükləmək üçün elektron mağaza kimi “Google Play”dan istifadə edilir, digər şirkətlərin proqramlarına məhdudiyyət tətbiq olunur.

 

Hakim bildirib ki, bu qərardan sonra “Google” rəqiblərinə öz proqramlarını və ödəniş sistemlərini yaratmağa imkan verəcək. Bununla da hazırda qlobal proqram bazarında virtual inhisarçı olan “Google Play Store” ilə sağlam rəqabət prinsipinə əməl olunmasını təmin edəcək.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR