Puff Daddinin həbsindən sonra onun ölümü ilə bağlı yenidən istintaq tələb edilir

Puff Daddinin həbsindən sonra onun ölümü ilə bağlı yenidən istintaq tələb edilir

1996-cı ildə qətlə yetirilən amerikalı reper Tupak Şakurun ailəsi, Puff Daddi ləqəbli Sean Kombsun səs-küylü həbsindən sonra yenidən istintaq açılmasını istəyir.

 

Ailə Tupakın ölümü ilə Diddi arasında iddia edilən əlaqəni araşdırmaq üçün vəkil Aleks Spironu işə götürüb.


Sfera.az bildirir ki, Tupak Şakur 1996-cı ilin sentyabrında sui-qəsd nəticəsində öldürülüb. Hələ keçən il polis hücum edənlərdən birini saxlamışdı. O, reper Sean Kombsun qətldə əli olduğuna işarə edib.


Ölümü zamanı 25 yaşında olan Tupak Şakur Las-Veqasda avtomobillə atışma zamanı faciəvi şəkildə ölüb. İş bütün bu illər ərzində açılmamış qalsa da, 2023-cü ilin sentyabrında Dwayne "Keffee D" Davisin həbsi ictimaiyyətin diqqətini yenidən cəlb edib. Keçmiş dəstə lideri Devis cinayəti təşkil etməkdə ittiham olunub. O, Kombsu da bu işdə əli olduğubu bildirərək, iddia edir ki, reper cinayəti həyata keçirmək üçün ona bir milyon dollar təklif edib. 2018-ci ildə “Netflix”in "Death Row Chronicles" sənədli filmi üçün müsahibə verən Devis qətl zamanı Tupakın vurulduğu avtomobildə olduğunu bildirib. Eyni zamanda Devis, avtomobildə onunla birlikdə olan daha 3 nəfərin kimliyini açıqlayıb. Devis arxada oturanlardan birinin atəş açdığını bildirsə də, dəqiq kim olduğunu deməkdən imtina edib. Devis qətldə iştirakına görə həbsxanaya gedəcək, onun məhkəməsi 2025-ci ilə təyin edilib.


"Caffee Dee" Davisin həbsi


Puff Daddi dəfələrlə açıq şəkildə qətllə hər hansı əlaqəni təkzib edib. 2008-ci ildə “Los Angeles Times”ın onu Şakura hücumla əlaqələndirən hesabatından sonra Kombs iddiaları gülünc və tamamilə yalan adlandırıb.
 

Tupakın ailəsinin təyin etdiyi vəkil Aleks Spiro isə əvvəllər məhkəmə işlərində Jay-Z və Elon Mask kimi məşhurların maraqlarını təmsil edib. İndi o, Tupak Şakurun ölümündə Kombsın iştirakına dair sübutları axtaracaq.
 

Qalmaqallar fonunda Eminem də sanki yanğına köz əlavə edib. Son mahnısı "Fuel"də Tupakın qətli ilə Notorious B.I.G.-nin ölümü arasında uzun müddətdir davam edən əlaqəyə işarə edən Eminem, Kombsun qanunsuz əməlləri və cinayətlərinə də toxunur.


"Notorious B.I.G.-nin ölümü Tupak cinayətinin domino effekti idi”, “Polis qandalı əlində olana qədər, günahkar irəli çıxacaqmı?" və s. kimi sözlərdən istifadə edən Eminem oxuyub.


Eminemin "Fuel" mahnısı çoxlarını düşünməyə vadar edib.


Tupakın ailəsi ümid edir ki, Spironun iştirakı nəhayət hip-hop tarixinin ən məşhur açılmamış cinayətlərindən birinə son verəcək.
 

Tupak Şakurun ölümü
 

1990-cı illərin hip-hopunun ən böyük ulduzlarından biri olan Tupak Şakur 1996-cı il sentyabrın 13-də vəfat edib. 7 sentyabr Mayk Tayson və Brüs Seldon arasında keçirilən boks matçından sonra o, maşınla kluba gedirdi. Meneceri Suge Nayt onunla birlikdə maşında oturub, ardınca isə cangüdənlərin maşını gəlib.


Saat 22:55-də reper svetoforda dayanıb, pəncərəsini aşağı salaraq pərəstişkarlarından biri Leonard Ceffersonla söz mübadiləsi aparıb. "Məni dayandıra biləcək yeganə şey məni öldürəcək şeydir. Amma mənim musiqim ölümdən qorxmur"-deyən Tupak sanki yaxınlaşan ölümünü hiss edib.
 

Saat 11:10 radələrində Tupakın maşını başqa işıqforda dayanıb. O, pəncərədən çölə söykənib dayanaraq iki qızla bir neçə kəlmə danışıb, onları kluba dəvət edib.

 

Saat 11:15 radələrində içərisində naməlum sayda adam olan ağ rəngli “Cadillac” avtomobilin sağ tərəfində dayanıb. Hücum edənlər pəncərələri açaraq tapançadan Tupak Şakurun avtomobilinə atəş açıblar. Güllələr reperin döş, çanaq və bud nahiyəsinə dəyib. Sənətçi şüşə qırıntılarından xəsarət alıb.
 

Tupakı xəstəxanaya aparıb, süni tənəffüs aparatına qoşsalar da, heç cür həyatını xilas etmək mümkün olmayıb. Sntyabrın 13-də həkimlər onun ölümünü elan ediblər.


Tupak Şakurun öldürülmə anı "Əfsanə" (2017) filmində yenidən canlandırılıb:



 

Nə atıcılar, nə də onun qətlinin potensial təşkilatçıları tapılmayıb.
 

Bu, musiqiçinin həyatına ikinci sui-qəsd cəhd olub. İlk dəfə 1994-cü ildə Nyu-Yorkun Tayms Meydanında yerləşən “Quad Studios”da baş verən uğursuz soyğunçuluq zamanı onu öldürməyə cəhd ediblər. Hətta o zaman Tupak P. Diddi və Biggi Smallsun (Notorious B.I.G.) bu işdə əli olduğunu bildirib. Onlar isə hər ikisi hər şeyi inkar edib.
 

Qısa karyerası ərzində Tupak beş studiya albomu buraxmağı bacarıb və bütün dünyada 75 milyondan çox albomu satılıb. 2005-ci ildə “MTV” “The Don Killuminati: The 7 Day Theory” albomunu bütün zamanların ən böyük hip-hop albomlarından biri kimi qeyd edib. Tupak Şakurun mahnılarının böyük əksəriyyəti gettodakı ağır həyatdan, zorakılıqdan, yoxsulluqdan, irqçilikdən və digər sosial problemlərdən bəhs edir.


Sentyabrın 16-da həbs edilən Sean Kombs hazırda Bruklin həbsxanasındadır və məhkəməni gözləyir. Vəkilləri üçüncü dəfə onu 50 milyon dollar girov müqabilində azadlığa buraxmağa çalışıb. Kombs ona qarşı irəli sürülən bütün ittihamları rədd edir və həyatından ciddi şəkildə narahatdır.
 

Bu arada 1991-ci ildən bəri Kombsun qurbanı olduğu iddia edilən şəxslərin ifadələri əsasında ona qarşı daha 120-yə yaxın iddia hazırlanır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...