Putin 8 generalı vəzifədən AZAD ETDİ - FƏRMAN

Putin 8 generalı vəzifədən AZAD ETDİ - FƏRMAN

Rusiyada 8 general vəzifəsindən azad edilib.

 

Sfera.az bildirir ki, bu barədə “RİA Novosti” məlumatlı mənbəyə istinadən xəbər verib.

 

Qeyd olunub ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. 

 

“Fərmanla Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətin sıralarından səkkiz yüksək rütbəli zabit tutduqları vəzifədən azad edilib. Bunlarla yanaşı, ədliyyə general-mayoru İqor Nikolayeviç, Rusiya İstintaq Komitəsinin Stavropol üzrə rəisi, general-mayor Aleksandr Molçanov, Rusiya Fövqəladə Hallar Nazirliyinin Operativ İdarəetmə Departamentinin direktor müavini, eləcə də Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəisi, daxili xidmət general-leytenantı Sergey Poletıkin işdən çıxarılıb”, -  mənbə bildirilib.

 

Sözügedən şəxslərin işdən çıxarılma səbəbləri və şərtləri hələlik dəqiqləşdirilməyib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Sabahın tibbi-meteoroloji PROQNOZU

Oktyabrın 8-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Ab...

Əli Həsənovun oğlu Mayamidəki şirkətini yeni ünvana köçürüb

Azərbaycanı tərk edərək ABŞ-yə köçən Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli...

Faciəvi şəkildə ölən İlahə Səyyad Bayramovun qızı imiş

Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az-ın məlumatına görə, 32 yaşlı Bayramova İlahə Səyyad qızı ...

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsininMEYİTİ TAPILDI

Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.   Sfera.az-ın məlumatın...

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - ...

Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Rusiya lideri Vladimir Putin oktyabrın 8-də MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərə...