İran bu ölkə ilə sərhədi BAĞLADI
Dünya
12:06 / 06.10.2024
1678
İran oktyabrın 4-dən Türkmənistanla sərhədini bağlayıb.
Sfera.az musavat.com-a istinadən bildirir ki, bu barədə "Turkmen.news" məlumat yayıb.
Qeyd olunub ki, türkmən sahibkarları, zəvvarlar və müalicə üçün qonşu ölkəyə gedən insanlar sərhəddən geri qaytarılır.
İran yük maşınlarının da iki keçid məntəqəsindən keçməsinə icazə verilmir.
Sərhədin bağlanmasının səbəbləri dəqiq məlum deyil.
Versiyalardan birinə görə, bu, İran və İsrail arasındakı gərginliklə bağlıdır.