Rusiya-Ukrayna münaqişəsinin başlamasına görə o günahlandırıldı


Rusiya-Ukrayna münaqişəsinin başlamasına görə o günahlandırıldı

Belçikada NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Ukraynada Rusiyaya qarşı münaqişənin başlanmasında iştirakına görə məhkəmə işi açılıb.
 

Sfera.az xəbər verir ki, iddiaçının özü, Fransa vətəndaşı Patrik Pazen Brüsseldə keçirdiyi mətbuat konfransında danışıb. O, sentyabrın 27-də iddia qaldırıb. Sənəddə NATO ölkələrinin Ukraynanın Rusiya ilə münaqişəyə hazırlaşmasına dair geniş arqument təqdim edilib.
 

Pazenin sözlərinə görə, Stoltenberq sülhə qarşı cinayət təşkil edən hərəkətlərdə günahkardır . O, həmçinin NATO-nun şərqə doğru genişlənməmək vədlərini rədd etməkdə və 2022-ci ilin yanvarında NATO-nun Rusiya Federasiyası ilə danışıqlarının uğursuzluğu da daxil olmaqla münaqişənin qarşısını almaq üçün diplomatik səyləri sabotaj etməkdə günahlandırılıb.
 

Yens Stoltenberq 2014-cü ildən 10 il Şimali Atlantika Alyansının baş katibi vəzifəsində çalışıb. Onu bu vəzifədə oktyabrın 1-də Hollandiyanın keçmiş baş naziri Mark Rutte əvəzləyib.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda yeniyetmələr arasındakı qanlı mübahisənin TƏFƏRRÜATI - VİDEO

Məktəbli dərsdən sonra yaşadığı evin yaxınlığında bıçaqlanıb.   Sfera.az xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəb...

Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti AÇIQLANDI

"Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".   Sfera.az bildirir ki, bu ba...

Bu ölkələr üzərindən uçuşlara məhdudiyyətlər elan edildi

İsrail, İran və İraq üzərindən uçuşlara müvəqqəti məhdudiyyətlər noyabrın 3-dək qüvvədə qalacaq. Sfera.az xəbər verir ki, bu barədə TASS-a Federal Hava Nəqli...

"Malmö"nün baş məşqçisi: "Qarabağ" güclü komandadır""

"Qarabağ" güclü komandadır.   Sfera.az xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ&...

BMT Təhlükəsizlik Şurası Şimal axınında terror aktları ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası cümə günü, oktyabrın 4-də “Şimal axını”nda terror aktları ilə bağlı iclas keçirəcək.   Sfera.az xəbər verir ki, bu...

UEFA Avropa Liqası: "Qarabağ" məğlub oldu

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxacaq.   Sfera.az xəbər verir...