"Ölümündən əvvəl Nəsrullah İsraillə atəşkəsə razılaşmışdı" - Livan XİN

"Ölümündən əvvəl Nəsrullah İsraillə atəşkəsə razılaşmışdı" - Livan XİN

Hizbullahın baş katibi Həsən Nəsrullah Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülməzdən əvvəl İsraillə atəşkəsə razılaşıb.

 

Sfera.az xəbər verir ki, bunu Livanın xarici işlər naziri Abdullah Bou Həbib CNN telekanalına müsahibəsində deyib.

 

“Bəli, Livan tərəfi razılaşmışdı. Biz Hizbullahla məsləhətləşdik, o razı idi. Qərar haqqında ABŞ və Fransa nümayəndələrini də məlumatlandırmışdıq", - Bou Həbib deyib.

 

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxlu sayda rabitə qurğuları və digər elektron cihazların partlaması İsrail və Hizbullah arasında yeni gərginlik dalğasına səbəb oldu. Livanlı qrup hadisələrdə İsraili günahlandırıb. Sentyabrın 23-də İsrail Livanda Hizbullaha qarşı hərbi əməliyyata başlayıb və qruplaşmanın hərbi obyektlərinə geniş zərbələr endirib. Sentyabrın 26-da Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ İsrail-Livan sərhədində dərhal 21 günlük atəşkəs elan etməyə çağırıb. Daha sonra “The New York Times” rəsmilərə istinadən xəbər verib ki, atəşkəs təklifi yaxın saatlarda qəbul oluna bilər.Sentyabrın 27-də isə İsrail Hərbi Hava Qüvvələri tərəfindən Hizbullahın Beyrut yaxınlığında yerləşən qərargahına hərbi hava zərbələri endirilib. Növbəti gün Hizbullah tərəfindən Həsən Nəsrullahın öldüyü təsdiqlənib. Oktyabrın 1-nə keçən gecə İsrail Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatına başladığını elan etdi.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği ARTIRILIR

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəli...

Lənkəran rayon prokurorunun işinə xitam verildi - FOTO

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Taryel Ələkbərov işdən çıxarılıb.   Sfera.az...

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verildi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı...

“Qarabağ” – “Malmö” oyununa 24 min bilet SATILDI

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir. &nbs...

Türkiyə bu ölkədə NEFT AXTARACAQ - “Oruç Rəis” yola salınır

Türkiyə Somalinin dəniz sahillərində neft axtarışına başlayacaq.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, axtarış işləri “Oruç Rə...

Buraxılış imtahanında yeni model tətbiq ediləcək

2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan m...