“Gmail” tətbiqi Rusiyada İOS cihazlarında fəaliyyətini dayandırdı

“Gmail” tətbiqi Rusiyada İOS cihazlarında fəaliyyətini dayandırdı

“Google”un “Gmail” tətbiqi Rusiyada bəzi İOS cihazlarında fəaliyyətini dayandırıb.

 

Sfera.az bu barədə TASS-a istinadən xəbər verir. 

 

Qeyd edək ki, bundan öncə “Meta” korporasiyası da “RT” və “Rossiya seqodnya” media qrupunun da daxil olduğu bir sıra Rusiya KİV-lərinin hesablarını öz platformalarında bloklayıb.

 

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi sentyabrın 4-də "RT" telekanalının baş redaktoru Marqarita Simonyan və onun iki müavininə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bundan əlavə, ABŞ Dövlət Departamenti "Russia Today", "RİA Novosti", "RT", "TV-Novosti", "Ruptly" və "Sputnik" media qrupu ilə bağlı əməliyyat qaydalarını sərtləşdirir.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında “Rusiyaya qarşı repressiyalar” bölməsində dərc olunan statistik məlumatlara əsasən, 2022-ci ildən bəri kollektiv Qərb adlanan ölkələr Rusiya mediasına və jurnalistlərə qarşı 150-yə yaxın müxtəlif məhdudiyyətlər tətbiq edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR