Şəmkirdə məktəblinin öldüyü bıçaqlanma hadisəsinin DETALLARI - VİDEO


Şəmkirdə məktəblinin öldüyü bıçaqlanma hadisəsinin DETALLARI - VİDEO

Şəmkirdə qətl törədilib.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun  Mahmudlu kəndində axşam saat 20 radələrində baş verib. Uzun illər bir sinifdə oxuyan iki yeniyetmə arasında düşən mübahisə qanla nəticələnib.  Biri digərinə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.

 

Şəmkir rayon prokurorluğundan  verilən məlumata görə, araşdırmalarla yetkinlik yaşına çatmayan şəxs  rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək digər yeniyetməni  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Məlumata görə, 10-cu sinif şagirdinin öldürdüyü yeniyetmə isə rayon Peşə liseyində oxuyurmuş.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb, hadisəni törədən yeniyetmə iş üzrə şübhəli şəxs qismində tutulub.  Hazırda ibtidai istintaq davam edir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


OXŞAR XƏBƏRLƏR

Məhəmməd Əl-Fayed şahzadə Dianaya nalayiq təklif edib

Şahzadə Diana ilə avtomobil qəzasında həlak olan Dodi Əl-Fayedin mərhum atası misirli iş adamı Mohamed Al-Fayed bir dəfə Uels şahzadəsinə ədəbsiz təklif edib. ...

Cütlük köhnə dəmiryol vağzalını evə çevirdi: Bütün dünyada məşhurlaşdı - FOTOLAR

58 yaşlı Tim Kollis və onun sevgilisi 53 yaşlı Rayan Felps Derbişirdə (Böyük Britaniya) bərbad vəziyyətdə olan Kromford dəmiryol vağzalını 390 min funt-sterlinq...

Prezidentdən Suqovuşanın azad edilməsinin ildönümü ilə bağlı paylaşım- VİDEO

Prezident İlham Əliyev Suqovuşanın Ermənistan işğalından azad edilməsinin ildönümü ilə bağlı sosial şəbəkə hesablarında video paylaşıb.   Sfera.az xə...

Seçki kampaniyası üçün ailə “icarəyə götürdü”

ABŞ-da namizədlərin ailələrinin yer aldığı reklamlar çoxdan seçki kampaniyasının əsas elementi hesab olunur. Lakin reproduktiv hüquqların əsas məsələyə çevrildi...

Ancelina Colinin yeni münasibəti haqqında şaiyələr yayıldı - FOTO

49 yaşlı amerikalı aktrisa Ancelina Colinin özündən 9 yaş kiçik musiqiçi ilə münasibətdə olması haqqında şaiyələr yayılıb.   Sfera.az bildirir ki, mə...

iPhone 16 satışlarını artıracaq, lakin daha sonra...

"iPhone 16"nın ilk istifadəçiləri cihazları yeni məhsula maraq və qadcetlərin yüksək sürətinə görə alıblar.   Sfera.az xəbər verir ki, bu bar...