“Jaguar” kolleksiya avtomobili telefonun səbəb olduğu gülünc qəzada məhv oldu - FOTOLAR


“Jaguar” kolleksiya avtomobili telefonun səbəb olduğu gülünc qəzada məhv oldu - FOTOLAR

Vintaj və nadir kolleksiya hesab edilən “Jaguar XK120” idman avtomobili Alp dağlarında qəzaya uğrayıb. Qeyd edək ki, nadir “Jaguar XK120” idman avtomobili 213 km/saat sürət yığa bilən dövrünün ən sürətli avtomobilidir. İndi belə avtomobillərin qiyməti 100-200 min dollara çatır.
 

Sfera.az bildirir ki, idman “Jaguar XK120” avtomonili telefonun səbəb olduğu qəzanın qurbanı olub. 50-ci illərin köhnə avtomobilinə ciddi ziyan dəyib. Hadisənin videosu “X” sosial şəbəkəsində yayılıb.
 

Qəza Avstriya Alp dağlarında baş verib. “Jaguar XK120” kabriolet tarixi avtomobillərin “Mille Miglia Warm-Up” rallisində iştirak etməzdən əvvəl sınaqdan keçirilib.
 

Elsbeten yaxınlığındakı kənd yolunda “Opel Insignia” markalı avtomobil “Jaguar XK120”yə çırpılıb. Avtomobil sahibi, 23 yaşlı Macarıstan vətəndaşı mobil telefonun diqqətini yayındırdığını etiraf edib.
 

 

Toqquşma kifayət qədər yüksək sürətlə baş verib, lakin xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. “Jaguar XK120”nin sürücüsünün üz nahiyəsində sınıqlar olsa da, aldığı xəsarətlər ciddi olmayıb.


“Jaguar XK120” idman avtomobilinə isə ciddi ziyan dəyib. Avtomobilin ön hissəsi demək olar ki, tamamilə dağılıb. Avtomobilin bərpası uzun müddət və bahalı olacaq.

 

Qeyd edək ki, “Jaguar XK120” kolleksiyaçılar tərəfindən çox tələb olunan modeldir.
 

Heç kim avtomobili təmir etməkdən imtina etməyəcək, “Jaguar XK120” qiymətli kolleksiyaçı modelidir. Bu idman avtomobillərinin qiyməti 100 000 dollara çatır, modelin nadir versiyaları isə 200 000 dollardan baha olur.
 

“Jaguar XK120” dövrünün ən sürətli avtomobili olub. 1949-cu ildə o, 213 km/saat sürətlə dünya rekordu qırıb. İdman avtomobili 160-180 at gücünə malik 3,4 litrlik motorla təchiz edilib.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Həddindən çox çəki atan Kristina Aqilera pərəstişkarlarını qorxutdu - VİDEO

43 yaşlı amerikalı müğənni Kristina Aqilera arıqlamağa davam etməsi pərəstişkarları arasında artıq həyəcan yaradıb. Sənətçinin bədən parametrləri həddindən artı...

Korotçenko Pezeşkianı "iranlı Qorbaçov" adlandırdı

"Qərb İranda "yenidənqurma" görmək istəyir. Lakin əgər bu baş verərsə, nəticə SSRİ-də olduğu kimi olacaq".   Sfera.az-ın məlumatı...

İran daxili və xarici uçuşları dayandırdı

İran İsrailə raket hücumları səbəbindən daxili və xarici aviareysləri ləğv edib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə T...

İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"

"İran hakimiyyəti İsrailə qarşı kütləvi raket hücumu ilə qırmızı xətti keçdi və bütün azad dünya yəhudi dövlətini dəstəkləməlidir".   Sfera...

Məşhur “BTS” üzvü 11,5 min dollar cərimələndi

31 yaşlı Cənubi Koreyalı reper, bəstəkar, prodüser və “BTS” səhnə adı ilə tanınan oğlan qrupunun üzvü Min Yoongi elektrik skuter sürərkən sərxoş vəz...

İsveçrə və İtaliya Alp dağlarında ortaq sərhədlərinə yenidən baxacaqlar

İsveçrə Konfederasiyası və İtaliya hər iki ölkənin sərhədinin bir neçə hissəsinə yenidən baxmağa razılaşıb. Bern artıq sazişi təsdiqləyib, İtaliya isə bu sənədi...