Coli Bredlə bağlı şikayətini geri götürdü

Coli Bredlə bağlı şikayətini geri götürdü

Hollivud ulduzu Ancelina Coli Bred Pittin şəxsi təyyarədə ona və uşaqlarına qarşı zorakılıq etdiyi iddiası ilə bağlı FTB-yə qarşı şikayətini geri götürüb.

 

Sfera.az xəbər verir ki, 2016-cı ildə FTB ulduz cütlüyün boşanmasından əvvəl baş vermiş insidentlə bağlı araşdırmaya başlamışdı: Colinin sözlərinə görə, Pitt onların ortaq uşaqlarından birini təyyarədə boğub, digərinin isə üzünə vurub. Üstəlik, o, aktrisanın başından tutub divara çırpıb. Rəsmi sənədlərdə "Bir anda o, Colinin üzərinə pivə tökdü, həmçinin uşaqların üzərinə pivə və şərab tökdü" sözləri yer alıb.

 

Nəticədə istintaq araşdırması heç bir nəticə verməyib və iş ittiham olunmadan bağlanıb. Bununla belə, 2022-ci ilin aprelində Ceyn Doe təxəllüsü ilə Coli İnformasiya Azadlığı Aktına istinad edərək FTB-yə qarşı məhkəmə iddiası qaldıraraq istintaqla bağlı tam məlumat tələb edib.

 

 O zaman "Page Six" mənbəsi iddia edib ki, bu yolla aktrisa uşaqların qəyyumluğu uğrunda mübarizədə istifadə etmək üçün heç olmasa Bred Pitti nüfuzdan salan bəzi məlumatlar əldə etməyə çalışıb. Amma heç bir araşdırma nəticə verməyib və bundan yorulan Coli şikayətini geri çəkməli olub. (Axşam.az)


OXŞAR XƏBƏRLƏR