UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi

UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi

Braziliyalı Qarışıq Döyüş Növləri (UFC) döyüşçüsü Renato Moykano fransalı Benoit Sen-Denini məğlub etdikdən sonra Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Sport Express" məlumat yayıb.

 

"Makrona lənət olsun! Bütün bu qlobalist əclaflara lənət olsun. Onlar siyasi və korrupsiya proqramını irəli sürməyə çalışırlar", - döyüşdən sonrakı müsahibə zamanı o bildirib.

 

Qeyd edək ki, döyüş sentyabrın 28-dən 29-na keçən gecə Parisdə "UFC Fight Night 243" turnirində baş tutub. Moykano ikinci raundda texniki nokautla qalib gəlib.


OXŞAR XƏBƏRLƏR