ABŞ-da müəmmalı şəkildə yoxa çıxıb: Partlayıcı peycerlər işi üzrə şübhəli qadın axtarılır


ABŞ-da müəmmalı şəkildə yoxa çıxıb: Partlayıcı peycerlər işi üzrə şübhəli qadın axtarılır

Norveç Təhlükəsizlik Polisi (PST) “Hizbullah” üzvləri üçün Livana partlayıcı peycerlərin tədarükü zəncirinin bir hissəsi ola biləcək Bolqarıstanın “Norta Global Ltd” şirkətinin təsisçisini beynəlxalq axtarışa verib. 39 yaşlı Rinson Xose sentyabrın 17-də ABŞ-ın Boston şəhərində keçirilən konfransa gəlsə də, ertəsi gün yoxa çıxıb və onunla əlaqə kəsilib.
 

Sfera.az bildirir ki, ötən həftə Livanda iki gün ərzində “Hizbullah” yaraqlılarının istifadə etdiyi minlərlə peycer və radionun partlaması nəticəsində azı 39 nəfər həlak olub, minlərlə insan yaralanıb. İsaril prezidenti İsaak Hersoqun ölkənin “Hizbullah” yaraqlılarının peycerlərinin bombalanmasında iştirakını inkar etməsinə baxmayaraq, hücumların məhz İsrail tərəfindən həyata keçirildiyi güman edilir.


Peycerlərin uzaqdan partladılması üçün necə və ya nə vaxt partlayıcılarla təchiz olunduğu bəlli deyil. Tayvan, Macarıstan və Bolqarıstan artıq mümkün təchizat zənciri əlaqələrini araşdırır.
 

Norveç isə qeyd etdiyimiz kimi, 12 il ölkədə yaşadıqdan sonra Norveç vətəndaşlığını alan hind əsilli norveçli Rinson Xoseni axtarır.
 

İddia olunur ki, Xose həm də peycer tədarük zəncirinin bir hissəsi olduğu ehtimal edilən Bolqarıstanın “Norta Global Ltd” şirkətinin təsisçisidir. Şirkət 2022-ci ildə Sofiyada yaradılıb və sonradan Tayvandan peycerlər alıb.
 

Xose ötən həftənin ortalarında işgüzar səfərlə gəldiyi ABŞ-da yoxa çıxıb. Norveçdə həmin şəxs “DN Media Group” media şirkətinin satış şöbəsində işləyib.


İşəgötürəni dediyinə görə, o, sentyabrın 17-də Bostondakı konfransa uçub, lakin ertəsi gün – sentyabrın 18-də həmkarları ilə əlaqəni kəsib. O, konfransda iştirak etməyib və aviaşirkətin işəgötürənə məlumat verdiyi dönüş reysində Norveçə qayıtmayıb.
 

Jurnalistlər Xose ilə telefon əlaqəsi yaratmağa çalışıblar. O, telefona cavab versə də, peycer partlayışları ilə bağlı şərh verməyib. Bolqarıstandakı şirkəti ilə bağlı sualdan sonra telefonu qapadıb. Daha sonra isə çoxsaylı zənglərə və mesajlara cavab verməyib.
 

Ötən gün Oslo polisinə peycerlərin partlaması işi ilə bağlı itkin düşmüş şəxs barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanları cinayət işi açıb və həmin şəxsi beynəlxalq axtarışa verib.


Xatırladaq ki, partlamış peycerləri lisenziya əsasında istehsal edən Macarıstanın “BAC” konsaltinq şirkətinin sahibi, İtaliya-Macarıstan CEO-su Christiana Barsoni-Arcidiacono da müəmmalı şəkildə yoxa çıxıb. Qadın Budapeştin mərkəzindəki dəbdəbəli mənzilindən sadəcə olaraq yoxa çıxıb. Jurnalistlər onun yeddi dil bildiyini və heyrətamiz tərcümeyi-halı olduğunu müəyyən ediblər.

 

Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Adamyeyənlərin qurbanı olub: Alimlər məşhur “Erebus”un kapitanının qalıqlarını müəyyən etdilər

Tədqiqatçılar qrupu bu yaxınlarda Con Franklinin Arktikaya tarixi ekspedisiyasının əsas fiqurunun qalıqlarını uğurla müəyyən edib. Bu kəşf 19-cu əsrin ən məşhur...

ABŞ-da müəmmalı şəkildə yoxa çıxıb: Partlayıcı peycerlər işi üzrə şübhəli qadın axtarılır

Norveç Təhlükəsizlik Polisi (PST) “Hizbullah” üzvləri üçün Livana partlayıcı peycerlərin tədarükü zəncirinin bir hissəsi ola biləcək Bolqarıstanın &...

2 aylıq uşağı pivə ilə dəyişmək istədilər

ABŞ-də cütlük iki aylıq körpəsini 6 butulka pivəyə satmağa çalışıb.   Sfera.az xəbər verir ki bu barədə "The Mirror" yazıb. Nəşrin məlumatına...

Qadını breketlərə görə təyyarəyə buraxmadılar: Ona nə olub? - FOTO

Özünü Maria Maqdalena adlandıran model qeyri-adi görünüşünə görə sərnişin təyyarəsinə minə bilməyib. O, hər yerdə qəzəbli şəkildə ədalət tələb edib. Sfera....

Dağıstanda bir günlük matəm elan edildi

28 sentyabr Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan ediləcək. &nbs...

Ledi Qaqa qala gecəsinə nişanlısı ilə gəldi - FOTO

Amerikalı müğənni və aktrisa Ledi Qaqa nişanlısı Maykl Polanski ilə "Joker"in davam filminin qalasına qatılıb.   Sfera.az bildirir ki, London...