Dağıstanda bir günlük matəm elan edildi

Kateqoriya məlum deyil
T
28 sentyabr Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan ediləcək.
Sfera.az xəbər verir ki, bu barədə respublikanın başçısı Sergey Melikov özünün teleqram kanalında bildirib.
“Bu gün bizim hamımız üçün çox çətin gündür”, - deyə o yazıb.
Məlikov qeyd edib ki, məsul xidmətlər hadisənin bütün hallarını öyrənəcək, səbəblərini anlayacaq və nəticələrinin aradan qaldırılmasına çalışacaq.






