Dönər mübahisəsi: Avropa Komissiyası Türkiyə və Almaniyaya altı ay vaxt verdi
Almaniya türk mühacirləri sayəsində məşhur küçə yeməyinə çevrilən dönər kababını öz milli yeməyi hesab edir. Bu barədə “The Economist” məlumat yayıb.
Sfera.az bildirir ki, Türkiyə və Almaniya dönərin milli statusu uğrunda mübarizə aparır.
İki il əvvəl Türkiyə dönər kababına TSG (Ənənəvi ixtisas zəmanətli) statusu verilməsi tələbi ilə Aİ-yə müraciət edib.
Aİ razılaşarsa, yalnız türk resepti ilə hazırlananlar əsl dönər kabab hesab olunacaq. Bu üsula yalnız mal, toyuq və ya quzu ətindən istifadə etmək, xüsusilə də ətləri marinadlamaq və dilimləmək daxildir.
Almaniya isə Türkiyənin tələbinə etiraz edib. Onlar hesab edirlər ki, alman dönəri türk dönərinə bənzəmir - Berlin və digər Almaniya şəhərlərinin küçələrində onu adətən pide çörəyinə büküb, kələm və ya kahı qatıb, souslar əlavə edərək satırlar. Fakt isə odur ki, bu yemək, sözsüz-şübhəsiz ölkəyə 1970-ci illərdə Türkiyədən gələn işçilər tərəfindən gətirilib. Sonralar dönər Avropa dadlarına uyğunlaşdırılıb.
Türkiyədə bəzən dönər düyü ilə verilir və ya qızardılmış kartof, pomidor və acı bibərlə birlikdə pide çörəyinə bükülür, İstanbulda isə bəzən ərinmiş pendir əlavə edilir.
Sentyabrın 19-da Avropa Komissiyası tərəflərə kompromis əldə etmək üçün altı ay vaxt verib. Əgər razılaşa bilməsələr, komissiya dönər üçün TSG statusu barədə müstəqil qərar verəcək.
Türkiyə qalib gəlsə, Avropa variantı olan dönər yeni adla satılmalı olacaq. Bu bazar isə çox böyükdür: Avropada dönər satışı ildə təxminən 3,5 milyard avro təşkil edir ki, bu rəqəmin 2,3 milyardı təkcə Almaniyanın payına düşür.
İyul ayında Türkiyə artıq dönər kababının AB-də sırf türk yeməyi kimi statusunu qeydə almağa çalışsa da, Almaniyanın müqaviməti ilə qarşılaşıb. Almanlar israrla bu məşhur küçə yeməyini özlərininki hesab edirlər.
Aysel
Sfera.az