Müdafiə naziri bu ölkənin Baş naziri OLACAQ

Müdafiə naziri bu ölkənin Baş naziri OLACAQ

Beş cəhddən sonra Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

 

Sfera.az xəbər verir ki, Şiqeru İşiba partiya sədrliyinə seçkilərdə iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçini məğlub edib.

 

Şiqeru İşibanın gələn həftə parlament səsverməsindən sonra Baş nazir təyin ediləcəyi gözlənilir.

 

Xatırladaq ki, Fumio Kişida avqust ayında siyasi maliyyə qalmaqalını əsas gətirərək Yaponiyanın Baş naziri vəzifəsindən istefa verib.


OXŞAR XƏBƏRLƏR