Rusiyada içində deputatın olduğu helikopter qəzaya düşdü

Rusiyada içində deputatın olduğu helikopter qəzaya düşdü

Rusiyanın Arxangelsk vilayətində yoxa çıxmış şəxsi helikopter tapılıb.

 

Bu barədə Sfera.az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.

 

Məlumata görə, qəzaya uğrayan "Robinson 44" helikopterinin göyərtəsində Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonov olublar.

 

İlkin məlumatlara görə, onların hər ikisi həlak olub. Helikopter Bıçye qəsəbəsindən beş kilometr aralıda qəzaya uğrayıb.

 

Bildirilir ki, sentyabrın 25-də Sergey Smetanin dostu, metal qırıntılarının emalı şirkətinin sahibi Aleksey Semyonovun helikopterində balıq ovuna çıxıb. İş adamı helikopteri özü idarə edib.

 

Əvvəlcə Arxangelskdən Ezevets kəndinə qədər uçublar. Orada bütün lazımi avadanlıqları götürərək yaxınlıqdakı mənzərəli göllərə doğru hərəkət ediblər. Balıq tutduqdan sonra kəndə qayıdıblar, yükləri boşaldıblar və Arxangelskə geri istiqamət alıblar.

 

Yolda yanacaq doldurmaq üçün Bıçye qəsəbəsinə eniblər. Oradan axşam saat 7 radələrində yaxınlarına son mesajlarını göndəriblər ki, artıq evə uçurlar və üç saatdan sonra çatacaqlar. Bundan sonra bir daha əlaqə saxlamayıblar.

 

Bir neçə saat sonra Smetanin və Semyonovun ailələri narahat olmağa başlayıblar, lakin uçuş razılaşdırılmadığı və helikopter heç bir aerodromda qeydiyyata alınmadığı üçün fövqəladə hallar xidmətinə dərhal məlumat verməyiblər.

 

Qeyri-qanuni helikopterin yoxa çıxması barədə yalnız ertəsi gün, faciənin baş verdiyi məlum olduqdan sonra danışmaq qərarına gəliblər. Sonradan məlum olub ki, "Robinson-44" bataqlıq əraziyə düşüb.


OXŞAR XƏBƏRLƏR

Əməkdaşlarımız nəfəs ala bilmirdi - Xəzər TV-nin işçisi DANIŞDI

Xətai rayonu, Süleyman Əhmədov küçəsində, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda baş verən yanğın nəticəsində zəhərlənənlər var.   Sfera.az xə...

"Ukraynaya yardım edə bilməyəcəyik" - BMT

BMT qış aylarında Ukraynaya yardım edə bilməyəcək.   Sfera.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndə...

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...