100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr


100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib.


Sfera.az bildirir ki, şəhər tədqiqatçısının sözlərinə görə 19-cu əsrə aid qalanın sahibi, norveçli iş adamı Engelhart Kornelius Ostbi “Titanik” gəmi qəzası nəticəsində həlak olub. Həmin vaxtdan bəri qala tərk edilib. Bütün bu müddət ərzində malikanə toxunulmaz qalıb. Tədqiqatçı içərisində 100 ildən artıqdır ki, heç kimin toxunmadığı bir çox sənət əsərləri, çoxlu mebel və hətta uşaq oyuncaqları tapıb. Mətbəxdə divarlardan, kabinetdə isə rəflərdə, stollarda asılmış qazan-tava olub.
 

Engelhart Kornelius Ostbinin faciəli ölümündən sonra qala sahibsiz qalıb.




64 yaşlı Engelhart və onun 22 yaşlı qızı Helen Fransanın Çerburq şəhərinə endikdən sonra “Titanik”də birinci sinifdə səyahət edənlər arasında olub. Onların hər birinin öz kabinəsi olub. “Titanik” aysberqlə toqquşanda hər ikisi kabinin içində olublar. Qorxmuş və istiqamətini itirmiş ata və qızı qayıq göyərtəsinə qalxmazdan əvvəl koridorda görüşə biliblər. Bununla belə, Engelhart Heleni geridə qoyaraq daha isti paltar almaq üçün qayıtdı. Bu, qızın sonuncu dəfə atasını sağ görməsi olub.

 

Heleni 5 saylı xilasedici qayıq xilas edib.
 

Engelhartın cəsədi daha sonra kabel təmir gəmisi tərəfindən dənizdə tapılıb.


Titanik faciəsindən sağ çıxan Helen xatirələrini bölüşüb.
 

"Gəmi arxaya doğru qalxmağa başlayanda biz böyük bir çırpıntı və gurultu səsi eşitdik, sanki gəminin içindəki hər şey yerindən qoparıldı. Birdən hər şey dayandı və gəmi bir dəqiqə çox sakitcə kənarda qalaraq, sonra ox kimi batdı".
 

1914-cü ildə Helen qardaşı Harold və qızlarından biri ilə atasının “Ostby & Barton” biznesinə sahiblik edib. Elə həmin il işgüzar səfərdə olarkən Almaniyada təcrid olunmuş vəziyyətdə qalsa da, Flandriya vasitəsilə qaçmağı bacarıb. 1941-ci ilə qədər qadın ömrünü bir ölkədən digərinə köçməklə keçirib. Ən sonda isə Amerikaya köçüb.


Helen həyatının son illərini dövlət xəstəxanasında könüllü işləməyə həsr edərək, Rod-Aylenddə (ABŞ) qalıb. Çoxlu namizədlərin olmasına baxmayaraq, o, heç vaxt evlənməyib. 15 may 1978-ci ildə 88 yaşında vəfat edib. Helen Providensdəki (ABŞ) Swan Point qəbiristanlığında atasının yanında dəfn edilib.

 

Xanım

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...