Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO


Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işləyir. Bloqqer bu haqda “YouTube”dakı son videolarından birində danışıb.


Sfera.az bildirir ki, Shoji Morimoto insanları televiziya seriyası və komiks yaratmağa ruhlandıraraq bir kult fiquru olmağı bacarıb.
O, sosial şəbəkələrdə “bir müddətlik dost” işləyən kişi kimi məşhurlaşıb.


Dryu Binski də Shoji ilə görüşmək üçün Tokioya gedib və tərcüməçi vasitəsilə ona ən qəribə müştəriləri haqqında sual verib. 40 yaşlı "dostluq ustası" bildirib ki, nadir hallarda müştərilərin istəklərini rədd etsə də, ən maraqlısı bir qadının onu kağız yeməsinə baxması üçün işə götürməsi olub. Soji bu təklifdən xeyli narahat olub.




Xalq arasında "heç nə etməyən oğlan" kimi tanınan Şoji qeyri-adi işindən ildə təxminən 80 min dollar qazanır. O deyir ki, gündə orta hesabla 3-4 müştəri görməyə nail olur. İşlərin çox müxtəlif olduğunu deyən Soji, bunun bəzən kimsə ilə nahara getmək qədər sadə, digər müştərilərin misligörünməmiş istəkləri qədər çətin olduğunu vurğulayır. Bir dəfə hətta, ondan tanışlıq saytlarında ərinin məxfi profilini axtaran qadına nəzarət tələb edən də olub.
 

"O, hər 10 dəqiqədən bir qışqırırdı. Bir anda o, proqramda nəsə səhvlik etdi, profilinə baxmaq istədiyi kişiyə "bəyən" düyməsini basdı. Tavana baxırdı və çox əsəbi görünürdü. Qorxudan nə edəcəyimi bilmirdim"-deyə Şoji xatırlayır.


Şoji ingilis dilini bilməsə də, bəzən onu başa düşürmüş kimi göstərməsini xahiş edən ingilis və amerikalı turistlər işə götürürlər.
 

"O, bunu ilk edən şəxsdir. Şojidən sonra da onun kimi bunu etməyə cəhd edənlər çox olub, lakin bu işdən pul qazanan yeganə şəxsdir" - deyə tərcüməçi Dryuya izah edib.
 

"Bir müddətlik dost" qeyd edib ki, müntəzəm olaraq rədd etdiyi bir neçə xahiş var. Kişi müştərilərinə seksual xidmət göstərməkdən və onlarla pop konsertlərinə getməkdən imtina edir. Şoji işini çox bəyəndiyini deyərək, onun xidmətlərinə tələbatın azalmadığını bildirir.


"Yaponiyada "hikikomori" deyilən bir termin var ki, bu da tənhalıq və sosial narahatlıq səbəbiylə dünyadan uzaqlaşan və özlərini evdə təcrid edən insanlara aiddir. Belə insanlar üçün Shoji sizin dostunuz olmaq üçün problemin həlli kimi görünə bilər” – deyə bloqqer əlavə edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...