Supermarket kassasında baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi - FOTO


Supermarket kassasında baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi - FOTO

48 yaşlı Meqan Pettipis keçmiş Olimpiya Oyunları və NCAA I Divizionunun voleybol məşqçisidir. ABŞ-ın İndiana ştatında məşhur markerlər şəbəkəsi “Walmart” kassasında baş verən insident onun həyatında böyük dəyişikliklərlə səbəb olub.


Sfera.az bildirir ki, həmin vaxt Meqan Pettipisin qarışdığı qalmaqal mediada geniş yayılıb. İdmançı işini itirib və bütün həyatı boyu qurduğu karyerası məhv olub.
 

İdmançı kassada səhvən bir neçə məhsulu görməyib. O, ehtiyatsızlıqdan 67 ABŞ dolları dəyərində ərzaq məhsullarını kassada (checout-kassirsiz kassa) skan edə bilməyib. Bu, onun oğurluq və marixuana saxlamaq ittihamı ilə həbsinə səbəb olub.
 

Qeyd edək ki, Meqan 2000-ci il Sidney Olimpiadasında Kanadanı təmsil edib və 2004-cü ildə ehtiyat komandada olub. İdmançı səhvən qulançar və vetçina da daxil olmaqla bir neçə məhsulu gözdən qaçırıb. Lakin digər məhsullar üçün artıq 167 dollar ödəyib.


“Walmart” mühafizəsi ödənilməmiş əşyaları görüb polisə xəbər verib. Araşdırma nəticəsində üç birdəfəlik elektron siqaret və iki açılmamış qutu Zofran, ürəkbulanma əleyhinə dərman aşkar edilib. Pettipis veyplərdə (elektron) nikotin və ya THC olmadığını, dərmanların isə onu özü ilə aparmağı xahiş edən köməkçi məşqçiyə məxsus olduğunu izah edib.
 

Hadisə bu ilin mart ayında baş verib. Sentyabrın 19-da ittihamlar ləğv edilsə də, Pettipis ciddi peşəkar təsirlərə məruz qalıb. Həbsindən bir həftə keçməmiş o, “Valparaiso Beacons” voleybol komandasının baş məşqçisi vəzifəsindən istefa verib və medianın qara PR-na səbəb olub.


"Beş ay kabus kimi keçdi. Mən karyeramı, işimi, qurduğum həyatı itirdim və bu, həqiqətən də çətin idi".
 

Pettipisin Miçiqan, Ohayo və Kaliforniyadakı müxtəlif kolleclərdə təhsil aldığı məşqçilik karyerası onu kollec atletikasında hörmətli bir şəxs etsə də, bu hadisə onun reputasiyasında silinməz iz buraxıb. O, hadisəni "acı-şirinli" adlandıraraq, ittihamların götürüldüyündən rahatlaşdığını, lakin karyerasına vurulan zərərə görə təəssüfləndiyini bildirib.
 

Gələcək barədə isə, o, idmana bəlkə də nə vaxtsa, kollec voleybol hakimi kimi qayıtmağı istisna etmir. Hələlik o, bütün diqqətini ailəsinə yönəltməyi və gələcək barədə düşünməyi planlaşdırır.
 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...