ABŞ Ukraynaya 375 milyon dollarlıq hərbi yardım paketi AYIRACAQ
ABŞ Prezidenti Co Bayden Ukraynaya 375 milyon dollar dəyərində daha bir hərbi yardım paketinin ayrılması barədə göstəriş verib.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.
“Paketə HIMARS reaktiv yaylım atəşi (Yüksək Hərəkətli Artilleriya Raket Sistemi) üçün əlavə döyüş sursatları və dəstək, 155 mm və 105 mm artilleriya sursatları, kaset sursatları, zirehli, Minalara Dayanıqlı Pusudan Mühafizə olunan (MRAP) və yüngül taktiki maşınlar, patrul qayıqları, kiçik silahlar, o cümlədən, Javelin raketləri, TOW (boru ilə buraxılan, optik izləmə, naqillə idarə olunan) raketlər və AT-4 (tank əleyhinə) raketlər, həmçinin ehtiyat hissələri, köməkçi avadanlıq, xidmətlər, təlim və nəqliyyat daxildir”, - bəyanatda qeyd olunub.
Firuzə Əliyeva