Yeni qonşu: Ayı yaşayış evinin zirzəmisinə "köçüb” - VİDEO
Kaliforniyada (ABŞ) Nesler ailəsinin evinin zirzəmisində qəfildən gözlənilməz qonaq məskunlaşıb.
Sfera.az bildirir ki, zirzəmidə məskunlaşan nəhəng ayıya ev sahibləri Junior adı veriblər. O, yemək axtarmaq üçün gecə gec saatlarda yola düşür və səhər tezdən yuvasına qayıdır.
"İndi bura onun yeni evi olsa da, onu çıxartmalıyıq. Baxmayaraq ki, o bizə ümumiyyətlə dəyib-dolaşmır, düşünürük ki, kimsə yaralansa, qəfildən kiməsə hücum etsə, biz məsuliyyət daşıyacağıq”- deyə Bob Nesler bildirib.
Nesler ailəsi Juniorun zərər görməsini istəmədiklərini də bildirir. Onlar ayıların tamamilə zərərsiz canlılar olduğunu düşünürlər. Cütlüyün fikrincə, ayı indiyə qədər ideal qonşu olub.
Kaliforniya Balıq və Vəhşi Təbiət Departamentindən isə bildiriblər ki, rəsmilər çiləyici quraşdıraraq Junioru zirzəmini tərk etməyə razı salmağa çalışırlar.
"Ən asan seçim onu stress olmadan öz başına buraxmaqdır" deyə Departamentdən bildiriblər.nn
Aynil
Sfera.az