Rihannaya mini paltar geyindirildi - FOTOLAR


Rihannaya mini paltar geyindirildi - FOTOLAR

Barbadoslu müğənni Rihannanın mum surəti “Madam Tüsso”da yenidən geyindirilib. İndi Rihanna 2019-cu ildə “Royal Albert Hall”da Britaniya Moda Mükafatları mərasimində geydiyi “Fenty”dən dekolteli qlamur ipək nanə rəngli paltar geyinir.


Sfera.az bildirir ki, Rihannanın yenilənmiş fiquru sentyabrın 27-də ictimaiyyətə göstəriləcək.


Unudulmaz görüntü “Baker's Street” Muzeyində əziyyətlə canlandırılıb. Paltardan əlavə, sənətçinin fiquru qolları, əlcəkləri, uyğun ayaqqabıları və zərgərli əşyaları olan bir başlıq geyinir.
 

Rihannanın bu geyimdə göründüyü tədbirdə onu sevgilisi Asap Rokki də müşayiət edib. Müsahibədə repçi etiraf edib ki, müğənninin üzərindəki bu paltar onun sevimli geyimlərindən biridir.


"Rihanna gözəllik, moda və musiqidə bir qüvvədir. Həqiqətən də almaz kimi parlıldayır. Onun 2019-cu il Britaniya Moda Mükafatlarına baxışı elə ifadə idi ki, biz sadəcə bu unudulmaz anı yenidən yaratmalı olduq. Rihanna hər kəsin qəlbində xüsusi yer tutur. İndi ziyarətçilərimiz onu “All of Lights”da görmək şansına sahibdirlər. Biz pərəstişkarlara məşhur ulduzla unudulmaz anlar yaşatmaqdan məmnunuq”- deyə “Madam Tüsso”nun London studiyasının meneceri Jo Kinsey bildirib.
 

Yeni mum fiqur “London Madam Tüsso”nun “Fashion Runway” ərazisində təqdim olunacaq. Rihannanın yanında RuPaul, Zendaya və Kendall Jennerin də fiqurları olacaq.


Qeyd edək ki, hal-hazırda Rihanna praktiki olaraq oxumur. O, övladlarına və onu milyarderə çevirən biznesinə zaman ayırır. Rihanna 2017-ci ildə “Fenty” kosmetika şirkətini təsis edib. 29 avqust 2024-cü il tarixinə şirkətin dəyəri təxminən 2,8 milyard dollar olub. Rihanna şirkətin 50% payına sahibdir.
 

Növbəti il ​​(2018-də) isə Rihannanın “Savage x Fenty” adlı alt paltarı brendi böyük uğur qazanıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...