Telegram-ın yaradıcısı bu qədər maaş alırmış
Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, onun maaşı ildə bir dirhəm ( 0.46 AZN) təşkil edir.
Sfera.az xəbər verir ki, bu barədə "Le Monde yazıb".
Məlumata görə, bunu iş adamı Fransada həbs olunduqdan sonra müstəntiqlərlə söhbəti zamanı deyib. Materialda deyilir: "Bu, həmsöhbətlərini çaşdırdı".
Nəşr onu da qeyd edir ki, Durov asket həyat tərzi keçirir və spirtli içkilərdən, ətdən və dərmanlardan uzaq durmağın tərəfdarıdır.
Bundan əvvəl Telegram təsisçisinin dindirilməsinin yeni təfərrüatları məlum olub . Fransanın “France Info” radiostansiyası bildirib ki, o, müstəntiqlərin suallarını rus və ingilis dillərində cavablandırıb. Qeyd olunur ki, Fransa vətəndaşlığını almaq üçün Durov əvvəllər B1 səviyyəsində fransız dili imtahanından keçib.
İnci
Sfera.az