Həkim orqanizmdə baş verənləri görmək üçün 720 yumurta yedi


Həkim orqanizmdə baş verənləri görmək üçün 720 yumurta yedi

ABŞ-da Nik Noruitz adlı həkim təcrübə üçün bir ayda 720 yumurta yeyib.
 

Sfera.az bildirir ki, xolesterolu artırdığına dair inamın doğru olub-olmadığını yoxlamaq üçün Dr.Nik 720 yumurta yemək öhdəliyini öz üzərinə götürüb. O, bu barədə “YouTube”dakı son videolarından birində danışıb.
 

Nik Noruitz orqanizminə necə təsir etdiyini görmək üçün bütün ay ərzində gündə 24 yumurta yeyib. Nəticələr çoxları üçün gözlənilməz olub.
 

Harvard Universitetinin doktorantı Nik Noruitz yumurtanın orqanizmə təsirini öyrənmək üçün bu təcrübəni öz üzərində sınayıb. Uzun müddətdir ki, çox yumurta yeməyin orqanizm üçün zərərli olduğuna, xolesterinin səviyyəsini yüksəltdiyinə, ürək-damar problemlərinə səbəb olduğu iddia edilir.


Lakin son illərdə buna etiraz edilib. Doktor Noruitz əmin idi ki, bir ay ərzində günün hər saatında bir yumurta yesə, onun aşağı sıxlıqlı lipoprotein (LDL) səviyyəsi həqiqətən azalacaq. Buna görə də bunu öyrənmək üçün yemək təcrübəsini sınamaq qərarına gəlib.
 

Oksford Universitetində insan beyninin metabolizması üzrə fəlsəfə doktoru dərəcəsi alan bu şəxs əldə etdiyi nəticələri “YouTube”da yerləşdirib. Yemək planını açıqlayaraq, təcrübə zamanı otağından toplanmış 40-dan çox yumurta qutusunun şəklini göstərib. O, yumurtadan başqa hansı qidaları yediyini və gündəlik iş rejiminin necə olduğunu açıqlamayıb. Lakin ilk iki həftədən sonra gündə 60 qram karbohidrat da yeməyə başladığını bildirib. Bu, iki banan və ya bir neçə qram qarağata bərabərdir. Dr. Noruitz xolesterol səviyyəsini necə aşağı salmağı da izah edib.


"Mən güman edirdim ki, bir ay ərzində 720 yumurta yemək, 133 200 mq xolesterinə bərabərdir. Bu, xolesterol səviyyəsini yüksəltməyəcək. Daha doğrusu, LDL xolesterol səviyyəsini yüksəltməyəcək. Doğrudan da, zərrə qədər də yüksəltmədi. Qida rasionumda xolesterinin miqdarı 5 dəfədən çox artsa da, LDL xolesterol səviyyəsi əslində aşağı düşdü”.


Aynil
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...