9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər.


Sfera.az bildirir ki, hadisə sentyabrın 7-də baş verib. Amerika Hava Yollarına məxsus ABŞ-ın Dallas şəhərindən Cənubi Koreyanın Seul şəhərinə uçan sərnişinlər təyyarənin qalxdığı hava limanına qayıtmazdan əvvəl ümumilikdə 9 saat havada qalıblar.
 

Təyyarənin göyərtəsində olan Cimin Li həyəcanı lentə almaq üçün smartfonunu çıxarıb. Sərnişin videonu “İnstaqram”da yerləşdirib. Həmin videoda ən maraq doğuran kadr isə qadının geri dönərkən iştahla qəlyanaltı yeməsi və soyuq içkidən həzz alması olub.


Sərnişin bildirib ki, aviaşirkət işçiləri tualetlərlə bağlı problem yaşadıqlarını, pilot isə vəziyyəti düzəltmək üçün kiminsə yanlarında usta açarı olub-olmadığını soruşub.


"Doqquz saatdan sonra biz Dallasa qayıtdıq. Söz tapa bilmirəm"- deyə Li əlavə edib.
 

Aviaşirkət isə təyyarənin ertəsi gün uçduğunu bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR