Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “özü olmağı” tövsiyə edib.

Sfera.az xəbər verir ki, aparıcı Baydendən Respublikaçı namizəd və Ağ Evin keçmiş rəhbəri Donald Trampı seçkidə məğlub etmək üçün Harrisin nə etməli olduğunu soruşub və o, “Özün ol” deyə cavab verib..
 

Bundan sonra o, Harrisin prokuror, ABŞ senatoru və onun administrasiyasında iş təcrübəsini xatırladıb. "Vitse-prezident kimi mən onun edə bilməyəcəyi bir iş görmədim",- Bayden deyib.
 

ABŞ-nin 46-cı prezidenti bu il prezidentlik yarışını tərk etmək qərarından danışaraq, liderliyi Amerika siyasətçilərinin yeni nəslinə ötürmək lazım olduğu üçün qərarı ilə razılaşdığını bildirib.
 

Eyni zamanda, Baydenin fikrincə, o, demokratların fiziki forması ilə bağlı narahatlıqlarına görə iyulun ortalarında yenidən seçilmək cəhdindən əl çəkməsəydi, Trampı seçkidə məğlub edə bilərdi.
 

"Trampı məğlub edəcəyimə əmin idim. O, uduzandır", - Bayden deyib.
 

Xatırladaq ki, noyabrın 5-də Demokratlar Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Trampın iştirakı ilə ABŞ-də prezident seçkiləri keçiriləcək.
 

İnci

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR