Polşada ruslara Şengen vizalarının kütləvi şəkildə verilməsi ilə bağlı qalmaqal


Polşada ruslara Şengen vizalarının kütləvi şəkildə verilməsi ilə bağlı qalmaqal

Tadeusz Morawiecki başda olmaqla Polşa hökuməti Polşa Biznes Limanı və digər proqramlar çərçivəsində qanunsuz olaraq ruslara çoxlu sayda Şengen vizası verib.
 

Sfera.az xəbər verir ki, ruslar Polşa Biznes Limanı proqramı çərçivəsində qeyri-qanuni olaraq viza alıblar. Vizalar müharibə ilə əlaqədar 2022-ci il martın 1-dən qüvvədə olan məhdudiyyətlərə baxmayaraq verilib. Viza mərkəzinin ərizəçilərin sənədlərinin çox səthi yoxlanışını həyata keçirdiyi bildirilir.


Polşa Ali Auditorlar Məhkəməsinin hesabatına görə, 2023-cü ilin sonuna qədər təkcə “Business Habor” proqramı çərçivəsində Rusiya vətəndaşlarına 1838 Polşa Şengen vizası verilib ki, bu da mümkün pozuntular və ölkənin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
 

Bundan əlavə, ruslara vizaların verilməsi Viza Mərkəzi vasitəsilə həyata keçirilib ki, bunun da məqsədi sənədlərin alınması prosesini sürətləndirmək və asanlaşdırmaq olub.
 

Üstəlik, hesabatda qeyd edilir ki, Ailə və Sosial Siyasət Nazirliyi bu millətdən olan vətəndaşların işlə təmin olunması məqsədilə Şengen zonasına girişə icazə verən vizaların verilməsini qadağan etdikdən sonra da ruslara sənədlər verilib.
 

Qadağaya baxmayaraq, məlumatlar 2023-cü ilin oktyabr ayının sonuna qədər ruslara daha 55 iş vizası verildiyini göstərir.
 

Polşanın baş naziri Donald Tusk xəbərə cavab olaraq bildirib ki, onun şübhələri təsdiqlənib. O, “X” sosial şəbəkəsindəki səhifəsində Qanun və Ədalət hökumətinin rüşvət müqabilində çoxlu sayda əcnəbini ölkəyə buraxdığını bildirib.


“Polşa əsgərləri və sərhədçiləri bizi qeyri-qanuni miqrasiya dalğasından qorumaq üçün öz sağlamlıqlarını və həyatlarını riskə atsalar da, hökumətin rüşvət müqabilində Asiya və Afrikadan 366 min insanı ölkəyə buraxması ilə bağlı əsaslı şübhələr var”- deyə Tusk yazıb.
 

Polşanın kəşfiyyat qurumu da öz növbəsində qalmaqalın ölkənin viza siyasətinə mənfi təsir göstərəcəyini bildirib. Qurum müəyyən edib ki, pozuntular digər məsələlərlə yanaşı, ərizəçilər tərəfindən təqdim olunan sənədlərin, xüsusən də natamam ərizələr də daxil olmaqla, tələbə vizaları ilə bağlı həddən artıq səthi yoxlanışı əhatə edib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...