17 yaşlı qız və sevgilisi metro qatarını qaçıraraq qəza törədib - FOTO


17 yaşlı qız və sevgilisi metro qatarını qaçıraraq qəza törədib - FOTO

Amerikanın Nyu-York şəhərində cütlük zarafatla metro qatarını qaçırıb.
 

Sfera.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
 

Görüntülərə görə, qız və onun ortağı gecə yarısından sonra boş metro qatarına miniblər. Cütlük hansısa yolla onu işə salmağı bacarıb. Lakin səfər çox çəkməyib: cütlük təsadüfən lokomotivi başqa qatara çırpıb. Gözlənilməz toqquşmadan sonra kişi və qız qaçıblar. Xuliqanlar axtarışa verilib. Polisin məlumatına görə, kişi göy köynək və qırmızı şort geyinib. Qızın əynində çəhrayı papaq və eyni rəngli paltar olub. Polis qızı yaxalaya bilib. Onun 17 yaşında olduğu qeyd edilir. Lakin hələ də onun tərəfdaşı tapılmayıb.

 

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR