Robert De Niro və Tiffani Çen film premyerasına qatılıblar - FOTOLAR


Robert De Niro və Tiffani Çen film premyerasına qatılıblar - FOTOLAR

81 yaşlı amerikalı aktyor Robert De Niro və onun 45 yaşlı sevgilisi Tiffani Çen Nyu-Yorkda "Meqalopolis" filminin qala gecəsinə qatılıblar.
 

Sfera.az bildirir ki, Frensis Koppolanın yeni filminin nümayişinə qatılan sevgililər təzadlı geyimlər seçiblər.


De Niro tamamilə qara kostyum geyinib, Tiffaninin paltarı isə nazik qara zolaqlı krem ​​rəngində olub.
 

 

AMC Linkoln Meydanındakı “The Ultimate IMAX Experience”də baş tutan tədbirdə Robert Spike Li və filmin rejissoru Frensis Ford Koppola ilə də poza verib. O, Adam Driver, Shia LaBeouf, Aubrey Plaza və Dastin Hoffmanın rol aldığı Amerika epik elmi-fantastik filminin müəllifi, rejissoru və prodüseri olub.
 

Qeyd edək ki, Robert De Niro və Tiffani Çenin 2023-cü ilin aprelində qızları Gia dünyaya gəlib. Qız aktyorun yeddinci övladıdır. .
 

Tiffani və Robert "The Intern" filminin çəkiliş meydançasında tanış olublar və münasibətlərini uzun müddət ictimaiyyətdən gizlədiblər.


Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR