Madonna Milanda qəribə geyimdə görünüb - FOTOLAR


Madonna Milanda qəribə geyimdə görünüb - FOTOLAR

66 yaşlı amerikalı müğənni Madonna tutqun libasda ictimaiyyət qarşısına çıxıb.



Sfera.az bildirir ki, Pop Diva "Dolce & Gabbana"nın təşkil etdiyi şouya qatılıb. Milanda Moda Həftəsi zamanı təşkil edilən şou “Dolce & Gabbana”nın 2025-ci ilin yaz/yay nümayişini əks etdirib. Brendin dizaynerləri əvvəldən onlarla birlikdə olan Madonnaya təşəkkür ediblər. Diva tədbirə bütün bədənini bürüyən qara krujevalı örtüklü geyimlə gəlib.



Madonna (Madge) yarıqlı və korsetli libasını baş geyimi ilə kombin edib.



Madonna “Bianco d'Istria” daşında nəhəng brilyantlarla və oyma kəllələrlə qızılı Alta Gioielleria boyunbağısını, həmçinin qızıl və büllur tacını nümayiş etdirib.


Qurucu və dizaynerlər Domenico Dolce və Stefano Gabbana, brendin rəsmi siması olan Madonnanı şounun sonunda qucaqlayaraq və onun şərəfinə ziyafət təşkil edərək təşəkkürlərini bildiriblər.


İnstaqramda "Ən əvvəldən bizə inandığınız üçün @madonna təşəkkür edirik. Bu gün biz sizin sayənizdə varıq. Sevgilər"-yazıblar.



Daha sonra amerikalı müğənni geyimini daha yüngül mini paltar və hündür qara çəkmələrə dəyişib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR