Çin həbsxanasında 1000 gün keçirən kanadalı psixoloji işgəncələrdən danışıb


Çin həbsxanasında 1000 gün keçirən kanadalı psixoloji işgəncələrdən danışıb

Çində iki Kanada vətəndaşı “casusluq” ittihamı ilə həbs edilib. 1000 gündən çox casusluq ittihamı ilə saxlanılan iki kanadalıdan biri - Maykl Kovriqdir.


Sfera.az bildirir ki, Maykl Kovriqin saxlanılması bu günə qədər davam edən diplomatik qalmaqala səbəb olub.


Kovriq altı ay təkadamlıq kamerada saxlandığını və psixoloji işgəncələr verildiyini deyərək davamlı sorğu-suallara məruz qaldığını bildirib.



“Mayklların” məhkəmələri bağlı qapılar arxasında keçirilib. Maykl Kovriqlə bərabər saxlanılan kanadalının da adı Maykl Spavor olduğuna görə, onlara “Maykllar” ləqəbi verilib. Hər ikisi Pekin və Ottava arasında diplomatik münasibətləri bu günə qədər korlamaqda davam edən şiddətli döyüşün mərkəzindədirlər. Kovriq deyib ki, o, o zaman altı aylıq hamilə olan sevgilisi ilə Pekində şam yeməyindən evə qayıdarkən həbs edilib.
 

"Biz yaşayış binamın qarşısındakı meydanın düz qarşısındakı pilləkənlə yuxarı qalxdıq - və bam! Bizi Çincə "Odur" deyə qışqıran onlarla qara paltarlı mühasirəyə aldı" - deyə kanadalı həbsini xatırlayıb.
 

Beynəlxalq Böhran Qrupunun analitik mərkəzinin baş məsləhətçisi vəzifəsində çalışmış keçmiş diplomat Kovriq, Şimali Koreyada fəaliyyət göstərən kanadalı məsləhətçi Spavor ilə eyni vaxtda casusluq ittihamı ilə saxlanılıb.
 

Qeyd edək ki, Kanada hakimiyyətinin Çin texnoloji nəhəngi “Huawei”nin baş maliyyə direktoru Menq Wanzhounu Vankuverdə fırıldaqçılıq ittihamı ilə həbs etməsi üç illik diplomatik davaya səbəb olmuşdu. Mayklların məhkəməsi də bu diplomatik mübahisəyə qarışıb.


Kovriq və Spavor yalnız ABŞ prokurorları ekstradisiya tələblərini geri götürdükdən və Menqin azadlığa buraxılmasına razılıq verdikdən sonra sərbəst buraxılıblar.
 

Rəsmi Pekin Kovriq və Spavorun sağlamlıq səbəbi ilə girov müqabilində sərbəst buraxıldığını bildirərək, Menq və Mayklların həbsləri arasında hər hansı bir əlaqənin olmasını birmənalı olaraq rədd edib.
 

Çin səlahiyyətliləri Spavor və ə Kovriqə qarşı rəsmi olaraq heç bir sübut təqdim etməyiblər, onların məhkəmələri bağlı qapı arxasında keçirilib.
 

Kovriq jurnalistlərə bildirib ki, saxlanıldıqdan sonra əlləri qandallanıb, gözləri bağlanıb, qara avtomobilə atılıb və sonra altı ay saxlanıldığı kameraya aparılıb.


"O zaman dedilər ki," Siz Çinin milli təhlükəsizliyinə təhdid yaratmaqda şübhəli bilinirsiniz. Sizi sorğu-suala tutacaqlar... və birdən-birə onurğamdan bir üşütmə qalxdı”– deyə Kovriq bildirib.
 

Maykl BMT standartlarına zidd olaraq altı ay ərzində flüoresan işıqlar altındakı kamerada tam təcrid olunduğunu bildirib. O, gündə 6-9 saat sorğu-sual edildiyini və bəzən gündə üç kasa düyü ilə dolanmaq məcburiyyətində qaldığını deyib. Psixoloji nöqteyi-nəzərdən bu, onun indiyə qədər yaşadığı ən zəiflədici və ağrılı təcrübə olub.
 

"Onlar qorxutmağa, əzab verməyə, terror etməyə və sizi öz yalançı real versiyalarını qəbul etdirməyə məcbur etməyə çalışırlar" - deyə Kovriq bildirib.
 

Kovriq altı ay həbsdə qaldıqdan sonra onlarla məhbus yoldaşı ilə birgə paylaşdığı dəmir barmaqlıqlarla əhatəli pəncərələri olan böyük bir kameraya köçürülüb.
 

"Bu, cəhənnəmdən cənnətə getmək kimi idi"-deyə Kovriq gülür.
 

Çinin Xarici İşlər Nazirliyi isə sentyabrın 24-də bildirib ki, “Çin qanunun aliliyi prinsipinə riayət edir və Çinin məhkəmə sistemi ciddi qanunlara uyğun olaraq işlərə baxır”.
 

Nazirliyin sözçüsü Lin Jian Maykl Kovriqin qanunsuz və cinayət fəaliyyəti ilə məşğul olduğunu və heç bir şeyin bu faktı dəyişdirməyəcəyini bildirib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR