Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bloqer Aleksandr Lapşin İrəvan hava limanında təyyarəyə minə bilməyib.

 

Sfera.az xəbər verir ki, o, "Zvartnots" hava limanında sərhədçilər tərəfindən saxlanılıb. Lapşin Ermənistan üçün girişin qadağan edildiyini öyrənib.

 

Sosial mediada paylaşdığı məlumatda, sərhədçilərin onun pasportunu alaraq hava limanındakı polis bölməsinə getməli olduğunu bildirdiklərini yazıblar.

 

Lapşinin saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama yoxdur.

 

Qeyd edək ki, bloqer 2017-ci ildə Azərbaycanda həbs olunub, lakin bir müddət sonra əfv edilib. (Caliber.Az)

 

***

 

Aleksandr Lapşin azadlığa buraxılıb.

 

Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR