Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"
Kateqoriya məlum deyil
Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.
Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında bildirib.
“Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün Bəşər Əsədlə görüşmək iradəmizi nümayiş etdirdik. Qarşı tərəfdən cavab gözləyirik. Biz buna hazırıq”- deyə Ərdoğan bildirib
“Əhalisi müsəlman olan iki ölkə olaraq biz bu birliyə ən qısa zamanda nail olmaq istəyirik” - deyə o,əlavə edib.






