Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.

 

Bəs, bu dəhşətli hadisələr zənciri necə başlayıb və niyə illərdir gizlədilib?


Sfera.az bu qalmaqal haqqında məlumat təqdim edir.
 

Avtomobil nəhəngi “General Motors”un bu böyük səhlənkarlıq silsiləsi bütün dünyada böyük təsir göstərdi və hələ də sual işarələri buraxmağa davam edir.
 

Hər şey kiçik bir hissə ilə başlayıb: qüsurlu alışma açarı.

 



2014-cü ildə “General Motors” (GM) 2,6 milyon kiçik avtomobili geri çağırıb. Səbəb mühərrikin qəfil dayanmasına və təhlükəsizlik yastıqlarının söndürülməsinə səbəb olan nasaz alışma açarı idi.
 

Bu qüsur “Chevrolet Cobalt” və “Saturn İon” kimi modellərdə aşkar edilib və 2005-ci ildən bəri ən azı 97 nəfərin ölümünə səbəb olub.
 

Üstəlik, “GM”in bu səhvdən hələ 2003-cü ildə xəbərdar olduğu bilinirdi. Lakin məlum olub ki, bu vəziyyət düzəltmək əvəzinə illərdir diqqətdən kənarda qalıb, gözardı edilib.


Səhlənkarlıq şirkətin maliyyə maraqlarını təhlükəsizlikdən üstün tutması ilə bağlı tənqidləri daha da artırıb.


2014-cü ildə “GM”in baş direktoru vəzifəsinə yeni başlayan Meri Barra özünü bu qalmaqalın ortasında tapıb.


Konqres qarşısında ifadəsində o, şirkətin keçmişdə daha çox xərclərə əsaslanan siyasətə malik olduğunu, lakin indi müştərilərin təhlükəsizliyinə və keyfiyyətinə üstünlük verdiklərini bildirib.


Lakin bu açıqlamalar bir çox insanın beynində “əvvəllər niyə tədbir görülmürdü?” sualını yaradıb. Suala cavab vermək isə kifayət etməyib.
 



Yandırma açarlarının nasazlığı xüsusilə gənc sürücülər arasında daha çox ölüm hallarına səbəb olub. Çünki bu nəqliyyat vasitələri daha sərfəli olduğu üçün ümumiyyətlə gənclər tərəfindQüsurlu hissələrə görə “GM” milyonlarla avtomobili geri çağırmaq məcburiyyətində qalıb. 2014-cü ilə qədər şirkət ümumilikdə 28 milyon avtomobili geri çağırıb.
ən seçilirdi.


Təcrübəsiz sürücülər avtomobilləri qəflətən elektrik enerjisini itirdikdə panikaya düşə və qəzadan qaçmaq üçün lazımi soyuqqanlılığı göstərə bilmirlər.

 

“GM” 2014-cü il ərzində nasaz alışma açarlarını dəyişdirmək üçün səylərini davam etdirib.


Nəticədə şirkət milyonlarla dollar təzminat ödəməli, üstəgəl etibarını itirməli olub.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək"

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə ...

Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib. ...

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...