“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb


“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında karyerasının ilk illərində məruz qaldığı zorakılıqdan danışıb.


Sfera.az bildirir ki, 38 yaşlı ulduz serialın ikinci bölümündə texnologiya şirkətinin qurucusu, milyarder və xeyriyyəçi 68 yaşlı Bill Qeytsin kişi olması ilə bağlı yayılan xəbərlərə necə reaksiya verdiyini paylaşıb.
 

Qaqanın dediyinə görə, cinsi haqqında söhbətlər onu narahat etməyib. Çünki o, haqqında yalan yazılmağa öyrəşib. Onun fikrincə, bu söz-söhbətlər onun qədər məşhur olmayan digər insanların cinsiyyəti və cinsi oriyentasiyasına görə məruz qaldıqları zorakılıq və təhqirlərlə müqayisədə kiçik bir şeydir. Qeyd edək ki, Qaqanın kişi olması ilə bağlı şayiələr hələ 2010-cu ildə internetdə şok edici şəklinin yayılmasından sonra yaranıb.
 

"Hələ 20 yaşımda ikən kişi olduğum barədə şayiələr gəzirdi. Mən bütün dünyanı gəzdim. Qastrollara getdim, musiqilərimi tanıtdım və demək olar ki, iştirak etdiyim hər müsahibədə məndən soruşdular: " Sizin kişi olduğunuz barədə söz-söhbətlər var. Bu barədə nə deyə bilərsiniz?”-Qaqa paylaşıb. Lakin Qaqa axmaq suallara məhəl qoymamaq qərarına gəlib və belə təhqirləri qəbul etməyib.
 

“Suallara cavab verməməyimin səbəbi özümü bu yalanların qurbanı kimi hiss etməməyimdir... 20 yaşımdan haqqımda yalanların yazılmasına öyrəşmişəm. Mən sənətçiyəm. Düşünürəm ki, bu, bir az gülməlidir”– deyə o, izah edib.


Xatırladaq ki, Ledi Qaqa bu yaxınlarda çoxdankı sevgilisi, 46 yaşlı iş adamı Maykl Polanski ilə nişanlandığını təsdiqləyib. Onlar dörd ilə yaxındır ki, sevgilidirlər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...