12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.

 

Sfera.az bildirir ki, Ouen Beyerman atasını ölümcül yaralamağa vaxt tapmamış nəhəng qara ayını vuraraq öldürə bilib. Dəhşətli hadisə vəhşi heyvan Rayanı yerə yıxdıqdan sonra baş verib.

 

“Sol yanağım kəsilmişdi, alnımda iki diş izi var idi və üzüm qana bulaşmışdı. Nən öz həyatım üçün mübarizə aparırdım”-deyə oğlanın atası xatırlayır.

 

 

Hadisə oğlan qaldıqları istirahət evinin yaxınlığında meşədə ayı gördükdə başlayıb. Ouen 350 Legend ov tüfəngi ilə heyvana atəş açıb. Atəş heyvanı yaralasa da, o qaçıb. Ata və oğul meşədə ayının izinə düşmək istəyiblər. Qonşuları ov itinlərini də kömək etsin deyə onlara qoşub.

 

Qrup yaralı heyvanı tapdıqdan sonra Rayan cəmi 1,8 metr məsafədən səkkiz atəş açıb. Lakin dəqiq nişan ala bilmədiyi üçün hər dəfə çaşıb. Nəticədə ayı hücum edərək onu yerə yıxıb. Heyvanın pəncələri və dişləri üzündən cəmi bir neçə santimetr aralı olarkən Rayan, instinktiv olaraq əli ilə üzünü tutub. Birdən xırıltı səsi eşidən Rayan, ayının qolunu sındırdığını zənn edib. 

 

Bu zaman tez-tez atası ilə ova gedən Ouen sakit dayanıb. Dərhal Uşaq birdən silahı götürərək heyvana dəqiq atəş açaraq onu öldürüb. Daha sonra uşaq qonşuları köməyə çağırıb, onlar atasının xəstəxanaya çatdırılmasına kömək ediblər. Rayanın yanağındakı yaraya 23 tikiş atlıb, qolundakı kəsilmiş-dişlənmiş yaraya isə ilkin tibbi yardım göstərilib.

 

Aynil

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Sabirabadda ticarət mərkəzində yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, Muğan prospektində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barəd...

İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə TANIŞ OLDU

12:17   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış ol...

Bakıda körpüdə 2 maşın yandı- FOTO

Bu gün Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az DİN-in Nəqliyyatı İntellektual İd...

Ən qısqanc 5 BÜRC - Başqalarının uğurunu qəbul edə bilmirlər

Qısqanc insanlarla ünsiyyət qurmaq çox çətin ola bilər. Çünki onlar başqalarının uğurunu qəbul edə bilmirlər və düşünürlər ki, həmişə öndə olmalıdırlar. Xüsusil...

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi oldu - FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.   Bu ba...

“Ev işləri xanımları xəstə salır” - Aytən Səfərova

“İşdən evə gedən kimi, çantamı qoyub keçirəm sobanın yanına. Əyləşmirəm. Başlayıram yemək bişirməyə. Bir gün əvvəldən bunu etmək alınmır”.  ...