İran Avstriya vətəndaşını həbsdən AZAD ETDİ

Kateqoriya məlum deyil
T
İran hakimiyyəti ölkənin Qərbi Azərbaycan vilayətində törətdiyi cinayətlərə görə saxlanılan Avstriya vətəndaşı Kristian Veberi həbsdən azad edib.
Sfera.az “Reuters“-ə istinadən xəbər verir ki, bu barədə “Mizan” məlumat yayıb.
Kristian Veber Avstriya səfirinə təhvil verilib.
Qeyd edək ki, Avstriya 2022-ci ildə iranlı qadın Məhsa Əmininin həbsdə ölməsindən sonra ölkədə baş verən etiraz aksiyaları ilə əlaqədar ittiham olunan vətəndaşlarından birinin İranda həbs edildiyini bildirmişdi.






