Çay üzərində körpü tikən şəxs 2 il həbs cəzası aldı
Öz pulu ilə təcrid olunmuş bir kənd üçün körpü tikən çinli Huang Deyo (Huanq Deyi) cərimələnib və hətta həbs cəzası alıb.
Sfera.az bildirir ki, Huang Deyo bölgə rəhbərliyinin edə bilmədiklərini etməyə qərar verib. O, təcrid olunmuş, hər yerlə əlaqəsi kəsilmiş kənd üçün çay üzərində keçidi tikib. Sonradan ona tikintini həll etmək tapşırılsa da, iş bununla bitməyib.
2005-ci ilə qədər Çinin şimalındakı Jilin əyalətinin Zhenlin kəndində Taoer çayı ilə tamamilə əlaqə kəsilib. Yerli sakinlər ən yaxın körpüyə qədər təxminən 70 kilometr yol qət etməli olmuşdular. Lakin əvvəllər kəndə gedib-gələn kiçik bərə işlədən Huanq Deyi regional hakimiyyət orqanlarının edə bilmədiklərini etmək qərarına gəlib. Bundan sonra hər şey dəyişib. Huanq çayın üzərində kiçik bir körpü tikib. Primitiv qaydada hazırlanmış körpü əhali tərəfindən məmnuniyyətlə qəbul edilib. İnsanlar hətta Huanqa körpüdən istifadə etmək üçün kiçik ödəniş etməkdən də məmnun olublar. Bu, daha ucuz idi və daha az vaxt aparırdı.
2014-cü ildə Huanq Deyo, 17 digər kəndli ilə birlikdə, daha ağır nəqliyyat vasitələrini də dəstəkləmək üçün 13 metal qayığı qaynaq edərək körpünü təkmilləşdirib. Lakin dörd il sonra Taonan Su Ehtiyatları İdarəsi Huanq və ailəsini ondan qeyri-qanuni qazanc əldə etməkdə ittiham edərək körpünün sökülməsini əmr edib.
Körpünün götürülməsi də onu məsuliyyətdən azad etməyib. 2019-cu ildə o, bir neçə ailə üzvü ilə birlikdə saxlanılıb. 2014-2018-ci illər arasında körpüsündən keçən avtomobillərdən 44.000 yuan (132 min qrivna) toplamaq da daxil olmaqla, bir neçə cinayətdə ittiham olunub. Sonrakı araşdırma zamanı məlum oldu ki, Huanq 2005-ci ildən bəri avtomobillərdən 52.000 yuandan (təxminən 12.500 Azn) çox pul alırmış. O, ilkin olaraq 2 il həbs və daha 2 il sınaq müddətinə azadlıqdan məhkum edilib.
Huanq Deyi məhkəmənin hökmündən apellyasiya şikayəti verərək, onun körpüsünün yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənmədiyini, lakin bunu yalnız yerli ictimaiyyətə kömək üçün etdiyini iddia edib. Ödənişlərin yığılmasına gəlincə, o, Taoer çayı üzərində tikdirdiyi iki körpünün ona 130.000 yuana (31.000 min Azn) başa gəldiyindən, sözdə mənfəətin prokurorlar tərəfindən şişirdildiyini bildirib.
Sahibkarın ilk müraciəti 2021-ci ildə məhkəmə tərəfindən rədd edilsə də, 2023-cü ilin iyununda Huanq, daha yüksək səviyyəli Baicheng Aralıq Xalq Məhkəməsinə yeni apellyasiya şikayəti verib. Hazırda iş araşdırılır.
Aynil
Sfera.az