Şakira fanatına görə səhnəni tərk etdi


Şakira fanatına görə səhnəni tərk etdi

"LIV Miami”də səhnədə yeni sinqlı "Soltera" ifa edərkən özünəməxsus rəqs hərəkətlərini nümayiş Şakira pərəstişkarlarından birinin xoşagəlməz hərəkəti ilə üzləşib.
 

Sfera.az bildirir ki, pərəstişkarının nalayiq zarafatlarını görən müğənni səhnədən enərək VİP məkana düşüb və orada rəqsini davam etdirib.


Belə ki, müğənni çıxış edərkən kişi fanatının telefonu mümkün qədər uzağa apararaq onun paltarının altını lentə aldığını görüb. Şakira bir müddət dayanaraq, qısa olan paltarını aşağı çəkib. O pərəstişkarına hər şeyi gördüyünü jestlərlə göstərib, bundan sonra səhnədən zala düşüb.

Sənətçi daha sonra dönüb digər pərəstişkarlarına əl yelləyərək VİP zonada rəqsini davam etdirib.


İzləyicinin hərəkətinə onlayn azarkeşlər reaksiya verib.
 

"İnsanlar iyrəncdir", "Bu, həqiqətən də məyusedici davranışdır. Sənətçilər həm səhnədə, həm də kənarda hörmətə layiqdirlər. Hər kəs üçün təhlükəsiz mühit təmin etmək vacibdir", "Şakira hətta öz mahnısından həzz ala və rəqs edə bilmir”, “Mən kişilərə nifrət edirəm, bu kişilərə klubları tamamilə qadağan etmək lazımdır”, “Bəzi oğlanların öz iyrənc təəssüratları ilə gözəl anları kabusa çevirməsi heyrətamizdir” və s.


Şahidlərdən biri isə bildirib ki, əslində hər şey videoda göründüyü qədər dramatik deyil. Şakira özü aqressiyasız fanatına həddini bildirib.


Qeyd edək ki, hələ iyun ayında Şakira rəsmi münasibətə tam hazır olmadığını desə də, romantik bir macəraya yox deməyəcəyinə işarə etmişdi.
 

Sənətçi futbolçu Jerar Pikedən ayrıldıqdan sonra çox çətin günlər yaşayıb. Cütlük 11 il birlikdə olub. Bu münasibətdən onların iki - Saşa və Milan adlı oğlanları var. Müğənni ilə futbolçu 2022-ci ildə ayrılıblar.
 

Pike Şakiranı ondan 20 yaş kiçik olan keçmiş işçisi Klara Çia ilə aldadıb.
 

İndi müğənni şəxsi həyatı ilə bağlı daha diqqətlidir:
 

"İndi mənim üçün kişinin yeri nədir? Nə deyim, kişilərdən xoşum gəlir. Problem budur. Başıma gələn bu qədər şeydən sonra onlara nifrət etməli olsam da, təsəvvür edin, kişiləri nə qədər bəyənirəm ki, hələ də onlardan xoşum gəlir".


Pikedən ayrıldıqdan sonra Şakira aktyor Tom Kruz, çempion yarışçı Lyuis Həmilton və aktyor Lucien Laviscount ilə romantik münasibətlər yaşayıb.
 

İndi ulduz bütün diqqətini oğullarına yönəldib.
 

"Onların emosional və psixoloji durumu mənim üçün prioritetdir"- deyə ifaçı bildirib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...