Kreml seçki kampaniyası dövründə ABŞ-də vəziyyəti gərgin HESAB EDİB
Kateqoriya məlum deyil
Bütün hallarda odla oynamağın öz nəticəsi olur.
Sfera.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentliyinə namizəd Donalda Trampa ikinci sui-qəsd cəhdinə münasibət bildirərkən deyib.
O, Trampa sui-qəsddə şübhəli bilinən şəxslə Ukrayna arasında əlaqələr barədə Rusiyanın deyil, ABŞ xüsusi xidmət orqanlarının düşünməli olduğunu söyləyib.
"Rusiya ABŞ-də daxili siyasi proseslərə qarışmayıb və indi də qarışmır. Kreml seçki kampaniyası dövründə ABŞ-də vəziyyəti gərgin hesab edir",- deyə Kremlin sözçüsü vurğulayıb.






